Bəşər tarixinin ən varlı narkobaronu – Pablo Eskobar
Vüsal Məmmədzadə tərəfindən "Məşhurlar" bolməsinə 12:31 29 noyabr 2014 tarixində əlavə olunmuşdur

Narkotikadan qazandığı pulla “Forbes” jurnalının açıqladığı “Ən varlı adamlar” siyahısında 7-ci idi...

1949-cu ilin 1 dekabrında doğulan Pablo uşaq yaşlarından qanunsuz hərəkətləri ilə polisin diqqət mərkəzinə düşür. “Peşəkar fəaliyyət”ə maşın oğurluğu ilə başlayan kolumbiyalı çox keçmədən daha gəlirli sahəyə meyl edir. Puerto-Riko, Meksika və ABŞ-a narkotika göndərməyə başlayan Pablo Eskobar tez bir zamanda varlanır.

Narkotik maddə satışını həyata keçirmək üçün böyük şəbəkə yaradan Pablo Eskobarın axtarışları üçün ölkənin bütün polis qüvvələri səfərbər edilir. Axtarışlar uzun illər davam etsə də, Pablodan bir iz tapılmır. O, Kolumbiya kəndlərinin birində gizlənirdi. Eskobar kəndlilərə onun haqqında polisə danışmamaqları üçün külli miqdarda pul ödəyirdi.

Pablo Eskobar narkotikadan əldə etdiyi pulla dünyanın ən varlı adamlarından birinə çevrilmişdi. 1989-cu ildə “Forbes” jurnalının açıqladığı “Ən varlı adamlar” siyahısında 7-ci idi.

Pablo Eskobar bütün dünyanı narkotika ilə zəhərləsə də, həyatı boyu siqaret belə çəkməmişdi. Universitetdə təhsil ala bilməyən Pablo buna görə həyatı boyu təəssüf hissi keçirirdi. Qəzəbli idi: “Təhsil ala bilmədim, amma təhsil alanları zəhərləyə biləcək gücə sahibəm”...

Eskobar 1993-cü ilin 2 dekabrında silahlı qarşıdurmada aldığı güllə yaralarından vəfat etdi. Bununla onun İstanbuldakı Dolmabahçe Sarayın üçün böyük soyğun planı da yarımçıq qaldı...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0244 saniye