Bəzi İnsanlar var.
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 22:10 10 fevral 2018 tarixində əlavə olunmuşdur

Bəzi insanlar var

Bəzi insanlar var,

Onlar bir-birlərinə çox uzaq olmalıdır.

Bu zaman bir-birilərinin dəyərini anlaya biləcəklər.

 

Bəzi insanlar var.

Bir-birilərinə çox yaxın durmalıdır.

Bu zaman onlar arasında gözəl xatirələr və dərin izlər yarana bilər.

 

Yarana baxıb gülməz bəzi insanlar,

İnsanın yarasına məlhəm olar, onu anlamağa çalışar.

Ancaq o zaman insanlar arasında böyük bir sevgi yaşana bilər.

 

Bəzi insanlar, fikrinə gələr.

Yaşanan sevgilərin hamısından daha üstündür.

Ancaq bir-birlərinə heç bir zaman sevgili deyildirlər bu cür insanlar

 

Bir cür insanlar var.

Xəstələndiyin zaman yanından heç bir yerə ayrılmaz.

Amma bəzi insanlar da var,

Heç sağlığında da yaxın durmaz.

Guya bu vaxtdan sonra yaxın dursa nə olar, durmasa nolar?

Sən özün uzaqlaşdırarsan o insanı yanından.

 

Nə cür insanlar var.

Çörəyi dizinin üstə,

Səni istifadə etdiyi gec anlayarsan.

Səninlə işi bitdikdən sonra yediyiniz çörəyə də təpik atar.

 

Nə ucuz insanlar var

İnsana yox, geyindiyin paltarlara dəyər verərlər,

Baxsan, şəxsiyyətləri geyindiyi paltarlarda daha ucuz

 

Bəzi insanlar var,

Çıxa bilmir ağlından.

Gec başa düşərsən sənin üçün nələr etdiyini.

Anladığındaysa çox gec olar. Sənə görə pis görsənən bir qərarın,

İllər sonra ən doğru seçim olduğunu göstərər sənə.

Çox sağol demək üçün, heç yerdə tapa bilməzsən o insanı...

 

Uraqan


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.028 saniye