Bəzi qadınlar başqa sevər...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 23:58 09 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bax, bəyim, hər qadın fərqli sevər
Bəzi qadınlar üçün eşq, diqqət, sevgi görməkdir
mesajlaşmaqdır, toxunmaqdır
hər anı bərabər yaşamaqdır...

Bəzi qadınlar səni pulun qədər sevər
doğum günü, tanışma ayı, ili
önəmli gün və həftələr bitməz.
Bahalı hədiyyələr gözləyərlər
pulun bitdi mi, eşq də bitər
əlimi sallasam əllisi misalı
arxasına baxmadan gedərlər...

Bəzi qadınlar da vardır ki,
Eşqlə aşiqdirlər
onlar Eşq'i başqa yaşarlar.

Bir dəfə qəlbinə girdin mi buraxmazlar
Sən üşürsən, o da üşüyər
sənin dərdinə ən az sənin qədər üzülər
xəstə olmağından qorxar
bir şey olacaq deyə ürəyi çırpınar
mutlu olmağın üçün dualar edər
gərəkərsə, mutluluğun üçün səndən belə vazkeçər.
Eşq'i hər şeydən üstündür
səni sənsiz də sevər.
Görmədən, danışmadan, bir tək ümidə tutunmadan sevər
qarşılıq gözləməz, sənə sevgisindən söz etməz
uzaqdan, səssizcə, sadəcə sevər.
könlünü-gözünü bütün dünyaya qapayıb
yalnız sənə baxar.

Hiss etdirmədən, səs etmədən hər anına diqqət edər
Elə böyükdür ki, sevdası
bir salamı şəfa niyyətinə aylarca gözlər
sevginin acısıyla canının yanmasını sevər.
gözləməyi, özləməyi, ağlamağı sevər
hər şeyinlə - günahınla, savabınla
yalnışıla, doğrunla
varlığınla, yoxsulluğunla
gözəlliyinlə, çirkinliyinlə
səni sən edən hər şeyini sevər.

Bəzi qadınlar, bəyim, Eşq'ə aşiqdir
bax, "O" qadınlar başqa sevər...

Müəllif: Yemin
Çevirdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0321 saniye