Səni,ey gül,özümə,sevgili canan bildim,
 Üzər axır məni bu nisgilü hicran,bildim
 Yoxdu bir kimsə tuta hali-dilimdən xəbəri,
 Qəlbimə tək səni qəmxar və dərman bildim.
 Eylədin könlümü viran sən,ey leylivəşim,
 Bağlanıb zülfünə gülzarı biyaban bildim.
 Sənlə olmaq mənə əlbəttə səadətdi,gülüm,
 Bülbülün yoxsa əgər na`ləsi nöqsan bildim.
 Ey Nicat,yarın əlindən bu qədər etmə giley,
 İbrət al,canımı mən yarıma qurban bildim
