Bilmirsən
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 00:47 23 avqust 2020 tarixində əlavə olunmuşdur

Sən bilmirsən mən kiməm,

Bilmirsən adım nədir,

Bu sözləri deməkdə

Gizli muradım nədir

 

Sən bilmirsən hardayam,

Hansı eli gəzirəm

Hansı dağı fəth edib,

Hansı göldə üzürəm

 

Xəbərin yox yaşımdan

Və ya boyum neçədir

Hansı şəhər mənə yad,

Hansı doğma küçədir

 

Hər gün mənim yanımdan

Təsadüfən keçirsən

Yolum ordan keçməyir,

Yolumu sən seçirsən

 

Üzümə aşinasan,

Tanıyırsan bəlkədə

Çoxdur yanından ötən

Mənim kimi ölkədə

 

Mənsə bələdəm sənə,

Adınıda bilirəm

Qəlbimdən həmən adı

Təkrar təkrar silirəm

 

O isə geri dönür,

Mənə səndən danışır

Deyir sevən vücudda

Baş yox, ürək çalışır

 

Deyirəm bəsdir daha,

Mənə xəbər gətirmə

Deyir hələ subaydır,

Ümüdünü itirmə.

 

Müəllif: Tural Rəhmanlı

19.08.2020

 

 

 

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.022 saniye