Bir alzheimerin sevgi məktubları #1
Bəhram Həsənov tərəfindən "Esse" bolməsinə 13:30 05 avqust 2017 tarixində əlavə olunmuşdur

Hər şey səninlə başladı. Daha doğrusu sənsizliklə. Doğrunun nə olduğunu unutmağımla bəlkə də.

Unutmaq. Hə, belə başlamışdı hər şey deyəsən. Nə fərqi var ki, necə başladığının.

Hər gün xatirələrimdən bir parça itirib sənsizlik vərdişinin aludəsinə çevrilməkdəydim. Yaxın bir zamana unutmalıydım.

Öncə bizi xatırlamamağa başladım, daha sonra özümü... Zərrələr səndən gedirdi, amma heçləşən mən idim. Verdiyim hər nəfəsdə bir az daha unudulur, yadlaşırdım. Şəffaflaşmaq əvəzinə qaranlıqlaşırdım. Azad olduğumu düşündükcə öz içimdə həbs olurdum.

Məndə sən azaldıqca mən heçliyə gedirdi və hər şey sənin xəyal mənim reallıq olduğumuzu düşünməyimlə başlamışdı. Ya da bu reallığın dəyişməsi ilə.

Məqsədim sən ikən, mən də sən oldum və səni unudarkən mən yox oldum...  


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0332 saniye