Bir damla yagış ( məktub )
Cavid Hüseyn Ulusoy tərəfindən "Digər yazılar" bolməsinə 16:58 03 may 2014 tarixində əlavə olunmuşdur

Uzaqdasan. Əllərimin çatmadığı, gözlərimin görmədiyi uzaqlığda. Necə ki, insan öz vətənindən uzaqda olur, bax elə. Mənim də vətənim sənsən. İndi bəlkə də deyərsən ki, " nə qəribə bənzətmə oldu bu". Düzdür, qəribədir. Sənin kimi qəribə və sənin gözəlliyin kimi qeyri-adi. Bilirsən? Gözlərinin hansı rəngdə olduğunu bu gün bilmişəm. Bu gün sənə az bir müddət də olsa yaxın ola bildim. Yaxın deyirəmsə, bir metr və ya bir az çox. Zümrüd yaşılı... Bəlkə səhv edirəm ? Yox! Yox! elə bu rəngdə idi. Mənim üçün bu rəng artıq məhəbbətin rəngidir.

"Gözlərinin hansı rəngdə olduğunu bu gün bilmişəm". Yəqin bu cümlədən sonra anlayarsan sənə nə qədər uzaq olduğumu. Bəzən düşünürəm ki, sənə bu qədər uzaq olmaqdansa kaş ki, saçlarına düşən bir damla yağış olsaydım.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

Cavid Hüseyn Ulusoy
Əlaqə
Tel.:
0516338535
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0262 saniye