Bir dünya düşünürəm!
Olması gərəkən insanlardan ibarət.
Təbəssümlərin mənalandırılmadığı
Acı gerçəklərin bulunmadığı
Şirin həqiqətlərlə qaplanmış bir dünya...
Bədava gülüşlər, kiçik mutluluqlar
Düşlənmiş xəyallar, sol tərəfdə boy verən arzular
Sakitcə yuva qursaydı bu dünyada...
Tanımadan birinə gülümsəmək
Bir cüt gözə baxıb xəyallara dalmaq
Səni yüngül tanıtmasaydı, məsələn...
Bir dünya ki, içərisində çərçivəsiz yaşam
Sərhədsiz həyat, ucsuz-bucaqsız xəyali alan
Dostlarla deyə-gülə əyləndiyimiz ortam
Qəbahət olmasaydı...
Sənə baxan gözlər
zamansız güldüyün üçün
utandırmasaydı baxışlarını
Dodaqların bir-birindən ayrıldığı üçün
qınamasaydı dişlərini...
Bir dünya düşünürəm!
Rüzgarında nəfəsimlə sevgi sözcüyünü pıçıldayacağım
Mənim dünyam, mənə aid
Sənin olan, sənə aid
Hesabsız, açıqlaması olmayan
Sadəcə fərdə görə yaşanılan bir dünya...
Gülümsəmələrin içtən gəldiyi
Buludlu bir səhərdə dışa vuran
Qəhqəhənin hesabı sorulmayan
Bir dünya düşünürəm!
Aysel Abdullazadə...