Bir əbədi miras...
Səlimə Rüstəmova tərəfindən "Esse" bolməsinə 19:55 04 iyul 2016 tarixində əlavə olunmuşdur

Adam...sevdiyi qadının gedişini izlərkən, sanki yenidən neçə mil uzaqda olan xəyallarına geri döndü. Onun gedişinə mane olmadı. Bəlkədə özü mane olmaq istəmədi. Gedərkən, onun dalğalanan qızılı saçlarına uzun-uzunasına baxdı. Adam qadının gedişinə səssiz qalmış, coşqun sularda sakitliyə fərman vermişdi sanki. Tədirginlik onu büs-bütün sarmışdı...ən pisi qadının onu tərk edişi deyil idi. Adamın sevgisini, hər özəl, inci dənəsi qədər zərif deyilmiş kəlmələrini, onlu-onsuz düşüncələri aparmışdı qadın. Qadının tək mirası...yaşadığı ən xoş anlarının düşüncəsini acı hala salıb bir əbədi miras qoymuşdu adama.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0845 saniye