Bir əsər yazmaq istərdim..
Səyyad Fərəcov tərəfindən "Esse" bolməsinə 18:18 22 may 2014 tarixində əlavə olunmuşdur

  Bir əsər yazmaq istərdim. O əsərdə yalnız sən və mən olaq. Başqa heç kəs. Yalnız 2 miz. Adəm və Həvva kimi. İlk insanlar olaq istərdim. Çünki onda yanlış seçim edib yanıla da bilməzdik. Çünki onda düzgün insanı-yəni bir-birimizi axtarmağa ehtiyac da olmazdı.

  Bir əsər yazmaq istərdim. O əsərdə, nə yer nə də kainat heç nə olmasın - sən, mən, Tanrı və sevgimiz. Getməyə bir yer, etməyə bir işimiz də olmasın istərdim o əsərdə, bir-birimizi sevməkdən başqa. Tanrı belə başqasını yaratmağa ehtiyac duymasın istərdim, çünki bizim sevgimiz o qədər saf olardı ki, şeytan ona yaxın belə düşə bilməzdi. Onunçün sınamağa belə ehtiyac olmazdı bizi. Elə bir əsər ki, o əsərdə zaman anlayışı olmasın. Elə bir əsər ki, zaman bizim sevgimiz qarşısında həmişə dayansın, çünki zaman anlasın ki, axıb getməyin bizim sevgimizə heç bir təsiri olmayacaq.

  Bilmirəm necə başlayım o əsərə. Səndənmi, məndənmi, Tanrıdanmı yoxsa sevgimizdənmi. Çünki hamısı mükəmməldi. Əsas da Tanri. Yəqin ki, Ondan başlayaram və Onunla da bitirərəm. Onun bu əsəri (sevgimizi) hissə-hissə necə yaratmağından başlayıb, sonda da öz yaratdığı əsərlə necə fəxr etməsiylə bitirərdim. Amma qorxuram bəzən.

 Qorxuram çünki bir-birimizi sevməkdən Tanrıya şükür etməyi yadımızdan çıxardaq və bunun nəticəsində onun qəzəbinə düçar olub, hərəmizi Yerə bir yerlərə endirə, endirdi də gül. Amma şükürlər olsun ki, mərhəmətli Tanrımız bizi çox da uzaqlaşdırmadı bir-birimizdən, amma  sınadı. Bizim o biri insanlardan fərqimiz nədi bilirsən? Mən deyim sənə. O biri insanlardan fərqli olaraq bizdə, yarım da olsa bir qəlb var. Heç səndə də arada olurmu ki, bir boşluq hiss edərsən. Olur bilirəm. Çünki məndə də olur, tez-tez. Bax məndəki o boşluq sənsən, səndəki də mən. Və bizim Yer üzərindəki borcumuz  bir-birimizi tapıb o boşluğu tamamlamaqdı. Bəlkə sən biz doğulmazdan qabaqkı həyatı xatırlamaya bilərsən. Mən də xatırlamıram. Amma hiss edirəm.

  Hiss edirəm ki, bu, sənə dediyim kimidi. Gəl  əsəri dediyim kimi tamamlayaq, gözəl. Gəl  əsərin sonunda Tanrı öz yaratdıqlarıyla daha çox fəxr etsin. Əvvəlki kimi, amma bu dəfə şükürü yadımızdan çıxartmamaq şərtiylə. Nə deyirsən hə?

(Heç oxumadı bele...)


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0253 saniye