Bir gün
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 18:21 10 may 2015 tarixində əlavə olunmuşdur

Yenə bir an gələr, qarşılaşarıq, 
Yenə də göz-gözə gələrək, əlbət, 
Bu qəfil görüşdən çaşıb-qalarıq:
- Sən üzdə xəcalət, 
mən üzdə nifrət, 
Sən qəlbdə həyacan, 
mənsə məhəbbət.

Yenə tüğyan edər zaman dənizi,
Qəlb haray çəksə də, nitqimiz susar,
Dalğalar qoynuna alaraq bizi,
O keçən anlara alıb-aparar.

Dayanıb üz-üzə sakit, səmirsiz, 
Beyində xəyallar, gözdə suallar,
Üzünü məndən yan tutarsan səssiz,
Çünki gözlərimdən gözün utanar.

Baxıb gözlərimə bir də həmin an,
Mərhəmət dilənmə dilənçilərtək.
Yada sal, yada sal mən də bir zaman,
Sevgi istəmişdim dilənçilərtək.

Sən mənli anları unutdun, bəlkə,
Mən sənli anlarda azıb-qalmışam.
Sən yeni gələcək qazandın, bəlkə,
Mən hələ gələcək qazanmamışam.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+10=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.023 saniye