Bir .. İki.. Üç..
Xuraman tərəfindən "Şeir" bolməsinə 18:15 03 may 2014 tarixində əlavə olunmuşdur

Qaldırdım əllərimi havada bir az gəzdirdim,
Bəlkə ruhsuzluğun rənginə toxunsam düzələr deyə.Ruhun rəngi bəyaz idi, ruhsuzluğa inad,
O da mavi idi gülüşlər kimi..
Silsəydim dodağımın kənarlarından gecələrin rəngini,İçərdim gülüşləri...
Yuxusuzluğa inad..
Tövbələrim də qırmızlaşıb, rəngsizlikdən bozlaşan otaqlar kimi..
Bir neçə addım da getsəm yıxılaram deyə qorxuram, Amma bir səhər oyanıram ki, ayaqsızam..
Qırxayaqlıların şəhərində ayaqsız gəzmək kimi sərxoşam..
Uçmuşam səmaların ən diblərinə və unutmuşam yoxsulluğun verdiyi xırda-para dərdləri,
Ucalıram qanadsız mələklərin ölkəsinə..
Unuduram şeirli xatirələri..
Və şair deyirdi..
Bir gün əclafın biri gəlir,
Və qaçır səndən "o sadiq qadın"..
Bəs ondan əvvəl də demişdi axı..
Ağlamışdın mı hər gecə?
Gedişində şeirlərin..
O yüz illik eşqlərin..
Ya da ruhuna qurban, şairəm..
Susma, qalx bu gecə şeir oxu mənə ayaqsızlarından.. Getməyə cürəti çatmayan, bitməyən şeirlərindən.. Susmağa səbri çatmayan həsrətlərdən..
İndi də saat 26:00..
İçimdə böcək kimi bir o yana- bir bu yana fırlanır,Söyürəm səni, Kafka..
Qələmində ölürəm mən , Allah..
Bir kəlmənə dözürəm mən, insan..
O da "dəyər" idi..
Çoxdan dəymişdi ruhuma bir biçaq
Və Allahszlar hardan biləydi, gecələrin rəngini.?
Ver əlini, gəl qaçaq..
.
Gedək bir dəfə məcnun kimi gəzək şəhərin mərkəzi küçələrində..
Qışqıraq ki, "Bakı, səni sevirəm, amma ciddi qəbul etmə.."
Gəl, yumaq gözləri, kiçikliyində saydığın kimi say diləkləri..
Bir .. İki... Üç...
Bir almaya görə qovulduğum cənnət nağıl kimi həyat verdi..
Sonra da al bu da sənə "üç alma" dedi..
Başıma fırlatdı şeytana daş fırladılan kimi..
İndi yum gözlərini gəl sayaq təqvimdəki yarpaqları..
Gör, neçəsi qaldı?
Bir .. İki.. Üç...
Gəlmədi ardı...
Susuram bəlkə biri çimdik vura oyada məni,
Donuram bəlkə biri tuta əlimdən isidə məni..
Yoruram bəlkə biri daha atar gedər..
Bəlkə biri daha qusar gedər nifrətini..
Yum gözlərini, gəl sayaq..
Getməyənlərdən neçəsi qaldı..
Üç.. İki.. Bir...




Bununla birgə dinləyin..


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0241 saniye