bir insan, bir ayrılıq və bir şəhər
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 20:31 24 may 2014 tarixində əlavə olunmuşdur

Bir şəhəri sevmək üçün bir insan yetir bəzən. Tozlu, palçıqlı küçələrini, tüstü qoxan havasını, söyüş dolu səsküyünü, hər şeyini...
Bir gün elə həmin şəhərin küçələrində ititrirsən onu. İzini axtarırsan şəhərin tozlu, palçıqlı küçələrinə, tüstü qoxan havasında ətrini hiss etmək, söyüş dolu səsküyündə adını eşitmək, səsini duymaq istəyirsən. Heç kimin olmadığı bir yolda itirdiyin o adamı kütlənin içində axtarırsan, illərdir önəmsəmədiyin, fərqinə varmadığın, yanıdan ruh kimi ötüb keçdiyin həmin o kütlənin içində. Hər kəsi ona bənzədirsən, ama heç kimi onun yerinə qoya bilmirsən.
Şəhərdən küsürsən, şəhərdən inciyirsən...
Bir şəhərə nifrət etmək üçün bir ayrılıq yetir bəzən...


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+26=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0273 saniye