Bir kimsə yoxsa
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 14:19 09 fevral 2016 tarixində əlavə olunmuşdur

Halını duyacaq bir kimsə yoxsa,

Durub bu yollara baxmaq əbəsdir.

Sən qismət payını Tanrıdan istə,

Kim bilir bəlkə də bir gün göndərdi.

 

Tanrı mərhəməti bitib - tükənməz,

Ancaq ki zamanı, vaxtı bilinməz.

Nə varsa yaxşı - pis ömrə yazılır,

Bircə vergülü də hətta silinməz.

 

Bir sınıq ürəyi ovuda bilsən,

Tanrı nəzərindən qaçan deyildir.

Günəşi buludla pərdələyən O,

Bir izin verməsə saçan deyildir.


... dəfə oxunub
Qiymət: 10/10(669 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye