Bir kişisi olmalı qadının...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 16:55 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bir kişisi olmalı qadının
Dünyalara meydan oxuyan
Əlini tutdumu heç buraxmayan
Sevginin azadlığını yaşadan...

Bir kişisi olmalı qadının
Saçının ətrini burnuna pərçimləyən
Vücudunun qoxusu ilə gecələyən
Həyatını qarşısına ömür deyə sərən...

Bir kişisi olmalı qadının
Sənə qorunmaq hissini yaşatmalı
Varlığını əməli ilə ortaya qoymalı
Səni anlamalı, dərdinlə birlikdə sarmalı...

Bir kişisi olmalı qadının
Dodaqlarından öncə qəlbini güldürəcək
Dilini deyil, gözlərini dindirəcək
Əməldə göstərəcək, əməldə sevəcək...

Bir kişisi olmalı qadının
Mərdliyi dillərə dastan
Səni qollayıb sahib çıxan
Bağlayıb, yaralarını sağaldan...

Bir kişisi olmalı qadının
Bütün səhvlərində yanında olduğunu biləcəksən
Ürəklə bütün qadınlığını önünə sərəcəksən
Ağlayacaq, yenə onunla güləcəksən...

Bir kişisi olmalı qadının
Evinə nəfəs, hüzur daşıyacaq
Axşam gəlişi nəşə, sevinc saçacaq
Qadını onun olmağın fəxrini yaşayacaq...

Bir kişisi olmalı qadının
Sədaqət qoxan, gözlərindən qəlbinə yol açan
Səni oxuyub ürəyinə yansıdan
Sevişindən atəş sovrulan...

Bir kişisi olmalı qadının
Həm ata, həm qardaş
Həm dost, həm yoldaş
Həm sevgili, həm sirdaş...

Bir kişisi olmalı qadının
Lal sevişmələr, səssiz öpüşmələr
Gecələri büyüləyən sehrli kəlmələr
Ona varan bütün kəsişmələr
Eyni yola çıxmalı
Eyni adama varmalı
Eyni sevgiyə qovuşmalı
Eyni sevgiliyə sarılmalı
Hər gün yenidən aşiq olmalı
Bir kişisi olmalı qadının...

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye