
bir  qadın  ola , ərli  qadın 
 Əri  ilə  yaşasa  da  səni  düşünə.
 Gecə  əriylə  bir  yataqda  uyusa  da ,
 ehtirasla  sevişsə  də  .
 ruhunun  dərinliklərində  sənin  adını  pıçıldaya ,
 xəyallarında  yaşada   səni .
bir  qadın  ola , ərli  qadın ,
 doğulmuş  körpəsinə  sənin  adını  verə .
 onun  simasında  səni görə ,  səni xatırlaya . 
 bir qadın ola , ərli qadın , 
 ərinin  içkisinə yuxu  dərmanı  qatıb 
 gecələr  görüşünə  gələ , 
 şərab  qoxulu  dodaqlarıyla  səni  öpə .
bir qadın ola , ərli qadın ,
başqa kişinin qadını olsa da
ruhən sənə sadiq qala
düşüncəsi pak ola
Bir qadın ola , ərli qadın ,
həsrətindən yanasan ,
şərabla həmdərd olasan .
içəsən , Bordo şərabından
sərxoş oluncaya qədər.
gecə hamı yatan vaxt ,
bağıraraq
etiraf edəsən sevgini .
əri gəlib səni döyə
ölüncəyə qədər . .
Bir qadın ola , ərli qadın
ərindən ayrıla , dul qala
sən də subaylığın daşını atıb ,
evliliyin kubikini qaldırasan
Nicat Həşimzadə