Bir qadının sinfoniyası
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:32 27 iyun 2014 tarixində əlavə olunmuşdur

            Əsas olan musiqini insanlara düzgün şəkildə çatdırmaq idi.Gözlərini bağlayaraq musiqisini söyləyən bir qadın var idi hər kəsin gözü önündə.Bütün notları düzgün şəkildə vurğulamaq onun üçün önəmli idi.On il idi ki mahnılarla mübarizə aparırdı.Hər kəs onu sadəcə barda çalışan bir qadın olaraq görürdü.Və o bunu bilirdi.Bilərək də sevdiyi sənətin ardınca getməyə məcbur idi.Çünki sevirdi.Sevdiyi heç nəyi yarı yolda qoymağı bacarmırdı.İnadla və əzmlə mübarizə aparmaq onun başlıca məqsədi idi.Sevmirdi,bəlkə də sevilmirdi.O sadəcə musiqisinə bağlı bədbəxt bir qadın idi.Sevib,sevilmək yaşı çoxdan bitmişdi.Bəlkə də istəyirdi amma alınmayacağını bilirdi.Bəzən gözlərini yumub həzin ifasını söylədikdən sonra qarşısında gördüyü mənzərələrdən narahat olurdu.Bəzən gözlərini mahnının ortasında açırdı və cütlüklərin bir-birinə sarılaraq rəqs etdiyini görürdü.Onların bir-birine bir sarmaşıq kimi necə sarıldığını gördükdə isə mahnısının hansısa bir notu bir neçə saniyəlik dayanırdı.Sanki notlar donurdu.Bəlkə də dili donurdu.Dilinin bütün hüceyrələri saniylərlə mübarizə aparırdı amma o yenidən özünə gəlirdi.Gözlərini yumub yenidən ifasına yol alırdı.Yenidən o həzin musiqisini insanlara çatdırmaqdan zövq alırdı.Bəzən bədxət olduğunu bilirdi amma sonra yetim olduğunu düşünürdü.Nə ona sahib çıxacaq bir ana və ya atasının olduğunu,nə də ki ona sarılaraq musiqi sədaları altında rəqs edəcək bir həyat yoldaşı olduğunu bilirdi.Gözləri ilə bəlkə də hər gecə onu axtarırdı amma tapa bilmirdi.

            Qadın sevmişdi.Bir zamanlar,bəlkə də hələ uşaq ikən sevmişdi.Təmiz hisslər ilə,saf sevgi ilə sevmişdi amma sevgi qalmışdımı?Xeyr.Bitmişdi hər şey.Gözləri ilə bütün şəhərdə axtarmışdı onu amma bir müddət sonra tapa bilməyəcəyini bilib özünü musiqiyə həsr etmişdi.Bu nə bəzi sırtıq müğənnilər kimi səhnə də,nə bəziləri kimi pul hərisliyi edib toyda,nə də ki öz mənfəəti uğruna seçilmiş sənət deyildi.Qadın musiqini sevirdi,oxumağı sevirdi,gözlərini bağlayıb heç kimi görməyərək ifa etməyi sevirdi,həzin musiqini iliklərinə kimi insanlara çatdırmağı sevirdi.Barı sevməsə də,ordakı tərbiyəsiz məxluqları sevməsə də onların musiqi duyumunu sevirdi.Onlar hər zaman dinləyirdi qadını.Bəzən onun göz yaşlarını belə görürdülər amma nə fayda?Nə musiqi,nə də ki ordakı insanlar qadına ağlamaması üçün bir səbəb belə göstərə bilmirdilər.Onu sevənlər var idi amma sadəcə musiqilərinə görə.Bəlkə də gözəl və cazibədar bədəninə görə.Amma onun qəlbini dinləyən bir şəxs yox idi.Qadın tənha idi amma musiqiləri var idi.Bəlkə də onu saxlayan notlar idi.Onlar qadını öz ağuşuna almışdı.

            Qadın səlis və təmiz şəkildə mahnısını oxuyurdu.Mahnı onu yenə uzaq diyarlara aparmışdı.Gözləri yenə yumulu vəziyyətdə göz yaşı ifraz edirdi amma musiqisi hayqırırdı.Həzin musiqisi belə hönkür-hönkür ağlayırdı.Göz yaşı tökürdü.İncinirdi və bəzən ölürdü amma yenidən dirilirdi sadəcə dinləyicilərin alqışları sayəsində.Yenidən həyat eşqi onu canlandırırdı.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0246 saniye