Bir şeir yazdır mənə tanrım
Tural Sahab tərəfindən "Şeir" bolməsinə 15:28 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Bir şeir yazdır mənə tanrım, içində yaşamadıqlarım olsun.
Bir dəniz olsun, balaca bir qayıq
Qağayılar olsun
Bir də yalandan ayrılıq

Sonra tufan, sonra qaranlıq

Bir şeir at göylərdən, büküb yağışlara
İldırım olsun, işıq olsun
sevgisiz, onsuz şeirimə
o ıldırım
o işıq
bir yaraşıq olsun

o da bir anlıq, sonra yenə qaranlıq

Torpaq olum mən
sinəm dolu gül- çiçək olsun
Sonra Bir Günəş
ya da bir tufan göndər tanrım
Güllər çamur
azular şeir olsun

Bir şeir göndər tanrım, içində yaşamadıqlarım
yaşatmadıqların olsun.

 

 


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
Müəllif

Tural Sahab
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0448 saniye