Bir şeir yazsam..
cəmilə tərəfindən "Hekayə" bolməsinə 16:10 16 may 2014 tarixində əlavə olunmuşdur

Bir şeir yazsam..Misralarından sən axsan.Ya da qələmimdən həsrət.Düşüncələrim sevişsə sözlərlə.Dünya sadəcə bizdən danışsa.Bütün notlar bəstə olmaq istəsələr.Şairlər qısqansa.Sonum olsa hər kəlmə.Sonum olsan sən.

Bir şeir yazsam..Qafiyələri olmasa da qulağa xoş gəlsə.Sevinclərim asılsa sətir aralarından.Oxuyanlara bir ümid versə.Xəyalların ən məsum halını göstərsəm.

Bir şeir yazsam.Səni unutmaq üçün özümə söz verdiyim bu günlərdə.Hər an qəlbimə qazısam səni.

Bir şeir yazsam məsələn.Günahlarımdan təmizlənsəm.İnansam nağıllara uşaq tək.Ölümü unutsam...Ölümü unutsaq.

Bir şeir yazsam məsələn..Sən gəlsən son misrasında və heç getməsən.Bir şeir yazsam.Can desəm hər sətirdə.Biləklərimi kəssəm hər sözlə.

Bir şeir yazsam məsələn.Səni unutmaq adına..Ama unutmasam..Bir şeir yazsam.Kilometrlərcə uzaq olsanda xəyalınla rəqs etsəm..


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+17=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0215 saniye