
Bir şeirlə öləcəm
 öləcəm bir şeirlə
 əxlaqsız qadınlar
 tövbə edəcək
 tövbə ilə silinməsə də
 bədənlərindəki dodaq izləri
 ruhlarındakı sisləri
 öləcəm, mən
 xəyallarımda
 sözlər ot kimi bitəcək məzarımdan
 öləcəm, mən
 bu gecə ac yatan
 bütün uşaqların əvəzinə