Bir söz
Narniya tərəfindən "Hekayə" bolməsinə 22:22 29 mart 2015 tarixində əlavə olunmuşdur

Dəhlizin o biri başından orta yaşlı tibb işçisinin səsi eşidildi:
-Rzayeva Sənubər sizsiniz? Keçin, sizin növbenizdir.
Mən ayağa qalxdım və leng addımlarla rentgen otağına keçdim. Neçə gün idi ki, mədəmdə ağrı məni narahat edirdi. Düzdür, əvvəllər də vaxtaşırı mədəmdə ağrıdan şikayətlənərdim, amma bu dəfə neçə günden beri arasıkəsilməyen sizilti mənə rahatlıq vermirdi. Son zamanlar çox
məşğul olduğumdan həkimə müraciət etməyi heç fikirləşmirdim. Bundan başqa mən də əksər insanlar kimi nə xəstəxanaları, nə də həkimləri sevmirəm, amma nə etmək olar ki, bəzən yolumuz xəstəxanalardan keçir. Necə deyərlər, “Həkimlərdən qorxurlar, lakin onlarsız yaşaya bilmirlər”.
Sonra mən ailəmi, uşaqlarımı fikirləşdim. Mən yaşda qadınların həyatda əsas qorxusu qəfil xəstəlik, övladlarını və ya ailə üzvlərindən kimisə itirməkdir. Mən də qorxurdum. Qorxurdum ki, birdən
hər hansı ölümcül xəstəliye düçar olaram, lakin həqiqəti bilməmək və ya sadəcə göz yummaq onun mövcud olmaması demək deyildir. 3 övlad anasiyam. Onları həyatin caynağına, ögey ana ixtiyarına buraxa bilmezdim.
Mənim xəstəxana divarlarına hopmuş acı xatirələrim var. Ona görə də hər dəfə hansısa xəstəxanaya daxil olanda mənə elə gəlir ki, sanki acı xatirələr hopmuş divarlar üstümə gəlir, olanlar film kimi gözümün
önündən keçir, illərin sayəsində qabıqlamış yaram yenidən deşilir, əvvəlki kimi “qanlı göz yaşları” axıdır. Mən xeyalen olsa bele, yenə de o vaxtlara qayıdıram.
15 il əvvəl anamı itirmişdim. Həm də o zəhrimar xəstəlik üzündən. Hemin
vaxt mən 20 yaşındaydım, Bakı Dövlət Universitetinin Ədəbiyyat fakültəsində oxuyurdum. İkinci kurs tələbəsi idim. Ortaboylu, yumrusifət, qıvraq, həm də çox
hazırcavab qız idim. Gələcəyin ədəbiyyatçısı olacağımdan nitqimdə həmişə müxtəlif sitatlardan istifade etmeyi severdim. Tez-tez qrup yoldaşlarımızla oxuduğumuz bədii əsərləri, müəlliflərin həyat və yaradıcılığını, ya da sadəcə hansısa bir mütəfəkkirin bizə maraqlı görünən bir fikrini müzakirə edərdik. Bu müzakirələrdə mənim kimi həvəslə iştirak edəm ikinci biri ola bilməzdi. Həmişə üzü pörtmüş halda, əl-qolumu ölçə-ölçə, tez-tez danışırdım ki, bircə fikrimi bütünlükdə ifadə edə bilim. Tələbə yoldaşlarım mənə, adətən, ya inqilabçı xarakterlisən, ya da müzakirədə katalizator kimi aləmi bir-birinə vurmaqla sənə çatan olmaz” deyərdilər.
Bu gün müzakirə üçün təzə mövzumuz vardı. “Yaxşı və pis insanlar”.
İnsanlar yaxşı və pis olmaqla iki hissəyə ayrılmazlar – deyərək Çin mifologiyasından bir simvolu nümunə gətirərək, monoloqa başladım:
-İn-Yan – ağ və qara butanın birlesmesinden formalaśmiś iśaredir. Qara butanin uzerinde ag, ag butanin üzerinde ise qara nöqte mövcuddur. Bu simvol gece ile gündüzün, xeyirle śerin, yaxši ile pisin daimi vehdetini 2 yolla tecessüm etdirir: 1. Iki eks rengli ag ve qara butanin birliyinden “Bütöv” , “Tam” yaranir. Bu onlari ayrilmaz edir. 2. Her bir buta neinki digeri ile, hem de öz üzerinde yerlesmis eks rengli nöqte ile de vehdet teśkil edir. Yeni eyni zamanda ag qarada, qara da agda mövcud ola bilir. Baxin, biz insanlar da bu mehz bu cürük. Müsbet ve menfi keyfiyyetlerin toplusindan ibaretik. Yəni, her yaxşı hesab olunan adamın bele mənfi cəhətinin olması labüddür, eləcə də pis hesab olunan adamın da mütleq hansisa bir müsbət cəhəti vardır. Sadəcə bəzi mənfi cehetler daha çox müsbəti kölgədə qoymağı bacarır və biz o insana PİS deyirik.
Necə ki, 99 edilmiş yaxşılığı bir xahiş üçün üçün deyilmiş YOX-a
qurban vermək olmaz. 99-u yuvarlaqlaşdırsan 100 olar, 1 isə 0-a
çevrilər, eyni zamanda da bir mənfi cəhətinə görə insana “pis” damğası
vurmaq olmaz. Amma hər vəziyyətdə məsələye münasibət dəyişə bilər,
yəni həmişə istisnalar var və olacaq. Çünki, istənilən anlayış müəyyən şəxs, zaman və məkan sərhədlərində nisbidir.
Əlbəttə mənim fikrimlə razılaşanlar da vardi, qətiyyən razılaşmayanlar da. Müzakirəni maraqlı edən də məhz bu cür fikir ayrılıqlarıdır.
İndi xəyalən o günlərə qayıdanda görürəm ki, nə o nikbinliyimdən, nə də o inadımdan əsər-əlamət qalmayıb. Çünki, o zaman mən elə fikirləşirdim ki, çarəsizlik, şəraitlə razılaşmaq deyə anlayışlar yoxdur. Öz yolunu insan özü seçirsə, deməli mümkün olmayan heç nə yoxdur. Günlerin bir gününe kimi… Mehz hemin müzakire günü her śey deyiśdi. O gün mən təsadüfən atamın telefonla danışarkən kiməsə anamın ağır xəstə olduğunu, cəmi bir neçə ay ömrü qaldığını nəql etdiyini eşitmişdim. Ilk əvvəl mən nə eşitdiyimi dərk edə bilmədim. Axı bu ola bilməzdi! Mənim anam xəstə
ola bilmezdi !
Atamın dediyinə görə anamda uşaqlıq xərçəngi aşkarlanmışdı, özü də dişi xərçəng imiş. Bunun nə demək olduğunu başa düşmürdüm.
Bir gün dərsdən tez gəlib, anamın bütün müayinə kağızlarını tapıb oxumağa başladim. Başa düşmədiyim hissələri (demək olar ki, hamısını) qeyd edib götürdüm. Mənim rəfiqəm vardı- Zeynəb.Anası həkim idi. Qeydlərimi və müayinə kağızlarının bir hissəsini anasına göstərsin deyə Zeynəbə verdim. Nəticədə öyrəndim ki, həkimlər xəstələri başa salmaq üçün “dişi, erkək xərçəng” ifadəsini işlədərlər. Əslində tibdə belə anlayışlar yoxdur. Sən demə bu o demək imiş ki, şiş toxuması bütün bədənə yayılıb. Tibbdə buna metastaz deyilir. Öyrəndiyimə görə şiş artıq anamın bir neçə orqanına metastazlar vermiş, sonuncu inkiśaf merhelesine keçmisdi.
Həmişə mübariz xarakterli olmuşdum, amma indi çarəsiz idim. Neyləyə bilərdim ki… Gücüm ancaq gözlərimə çatirdi. Sadəcə acı həqiqəti qəbul edib, taleyimlə razılaşa bilərdim. Bu veziyyetde hetta tibb bele aciz idi… Xerçeng taleleri, aileleri mehv edir, analari, övladlari- dogmalari gözüyaśli qoyur.
Get-gedə sanki evdən didərgin düşürdüm. Hər gün ən azı bir saat dərs oxumaq bəhanəsilə kitabxanada oturardım. Bunu ona görə bəhanə adlandırıram ki, kədər dolu gözlərimi kitabın səhifələri arasında gizləməkdən başqa heç nə etmirdim. Oxuduqlarımı onsuz da xatırlamırdım. Anamın xəstəliyi beynimdə vacib “dominant”a çevrilmişdi.Bu davranışlarıma görə özümü çox günahkar hiss edirdim.
Vicdanım mənə rahatlıq vermirdi. Özümü fərsiz, utanılacaq bir övlad hiss edirdim, lakin bu cür davranışlarımın səbəbi vardı. Mən anamın günü-gündən solan bənizinə, tökülən çəngə-çəngə saçlarına, ümumiyyətlə
gözümün qarşısında anamın şam kimi əriməsinə baxa bilmirdim. Mən qışqırmaq istəyirdim, səsim çatmırdı,qırmaq-dağıtmaq istəyirdim, amma bacarmırdım, gücsüzdüm, süstdüm. A.P.Çexovun belə bir fikri var: ”
Əzab insanı mükəmməlliyə doğru aparır.” Görünür, Tanrı məni ideala çevirmək niyyətində idi.
Hərçənd mən israrla mənə verilən suallara inkarla cavab verirdim, buna baxmayaraq bacım, qardaşlarim da artıq vəziyyətin ağır olduğundan şübhələnirdilər. Yaşda məndən balaca olsalar da ağillı uşaqlar idilər. Mən evin böyük uşağı idim. Bacım Sevda 17 yaşında idi, bu il sənədlərini 1-ci ixtisas qrupu üzrə verəcəkdi. Qardaşım Mirzənin 15, Səfər isə 13 yaşı vardi. Sevdanin imtahanina cəmi 2ay qalmışdı. İmkan verə bilməzdim ki, həqiqəti öyrənsin, neçə aylıq əziyyəti hədər olsun. Mən heç vaxt onlara yalan deməmişdim, həmişə mənə inanmışdılar. İndi isə
şübhəlerinə rəğmən mənə inanmağı sadəcə seçmişdilər. Mənə şirin yalanın çəhrayı dumanı ilə beyinlərini dumanlandırmağı könüllü həvalə etmişdilər. Bu, onlar yeganə inam mənbəyi idi.
F.M. Dostoyevskinin ” Dərd beyni dumanlandırır, qəlbi daşlaşdırır.”
Fikrini özümə aid etməyə başlamışdım. Mənə elə gəlirdi ki, qəlbim yavaş-yavaş daşlaşır. Çünki, ” Bacı və qardaşlarına həsəd aparırsan” fikri mənə rahatlıq vermirdi. Mən həmişə başqalarının sevincinə sevinmişəm. Bəzən nəyi isə mən də arzulamışam. Sadəcə arzu. İndi isə həsəd apardigimi düśünürdüm. Onlar heç olmasa anamın sağalmasına inanırdılar, amma mən inamımı da itirmişdim. Indi fikirleśirem ki, o vaxt hiss etdiklerimi hesed adlandirmaq düzgün olmazdi. Çünki, mən onların da inamlarını itirmələrini əsla istəməzdim. Ən azından onların
qəlbinə inam toxumunu əkən mən özüm idim.
Mənim vəziyyətimi Sokratın bu fikri tam yerində ifadə edərdi: “Mən hər şeyi başa düşürəm və bu məni öldürür.”
Deyirlər, ağac üçün mənfur düşmən od deyil, sudur. Od birdəfəlik yandırır, amma su köklərə, dərinə hopur, daxildən çürüdür, çökdürür. Anamın vəfatı onlar üçün od olacaqdısa, mənim üçün su idi.
3ay sonra anam vəfat etdi. Yegane təsəllimiz o idi ki, o , bacımın Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmasını bizimlə qeyd edə bildi.
Mən o gün ağlamadım. Əvvəllər neçə dəfə ünvanli qınaqlar eşitmişdim, hele bəlkə mən də ürəyimdə qınamışdım. : ” Necə olur ki, ana gənc övladını itirir, lakin göz yaşı axıtmlr. Necə belə soyuqqanlı olmaq olar?” Məgər necə asanmış bilmədən müzakirə, mühakimə etmək. Məgər dərd dərinə endikcə göz yaşı quruyurmuş.
Mənim 20 yaşım vardı, amma qəlbən uşaqdım. Mən o gün böyüdüm. Sonralar mən vaxtıykən razılaşmadığım “Heç də həmişə həyatın dönən çarxı öz əlimizdə olmur.” fikri ilə razılaşmaqla yanaşı bu məzmunda digər oxşar sitatlari da defterçeme qeyd etdim. Bilavasitə əlaqəli görünməyən bu cümlələri isə həmişəlik yadımda saxlamışam. Bəlkə də əlaqədar
məzmun dərhal gözə çarpmır ona görə : “Biz qanunlar olan kainatda yaşayırıq. Məsələn, Qravitasiya qanunu. Yəni əgər sən hündürmərtəbəli binadan yıxılmışsansa, necə bir insan olmağından asılı olmayaraq
zərblə yerə dəyəcəksən.”
Mənim anam gözəl insan idi, amma…
Beynimdəki düşüncələr məni o qədər uzağa apardı ki, müayinə üçün içməyə məcbur olduğum ağ rəngli barium sulfat məhlulunu necə içdiyimi, müayinənin necə davam etdiyi heç yadımda deyil. Qəfil radioloqun “Müayinə bitdi.” deməsi məni sanki yuxudan oyatdı. Mən hekimin verdiyi
kağızı götürüb otaqdan çıxdım. Kağıza baxmağa cəsarətim çatmırdı: ”
Bəlkə məndə də? ” Kağızı əlimdə tutub bir xeyli bu vəziyyətdə dayandım. Axır ki, bütün hünərimi toplayıb, diaqnoz yazılan hissəyə
baxdım. Bir neçə söz yazılmışdı, amma mən sadəcə birini oxudum.

EROZİYA.*

Eroziya- bu xərçəng deyil sadəcə yüngül müalicəyə ehtiyac olur.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Narniya
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0782 saniye