Bir xəyanət günü
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 18:24 26 iyun 2014 tarixində əlavə olunmuşdur

            Xəyanət edilmiş qadın kimi idi həyat.Çox sevməsinə baxmayaraq sevgisinin qarşılığını xəyanət ilə alan bir qadının hissləri kimi idi.Göz yaşlarının damla-damla yerə axması,qıpqırmızı olmuş göz çuxurlarının günlərcə elə qalması,əllərinin soyuqluğunu hər an hiss etməsi,bədəninin gizildəməsi onun həyatında yaşadığı ən dəhşətli hiss idi.Uşaq vaxtı hiss etdiyi o məsum hisslərdən əsər əlamət qalmamışdı bəlkə də.Sevgini müqəddəs qəbul edərkən onun mundarlıqlarını anlamışdı qadın.Nə zaman anlamışdı?-deyə soruşdu kiçik qız.Soyuq divarların arasında sakitcə oturub ağladığı zaman,əllərinin boş qaldığını hiss etdiyi zaman,artıq bir daha onu əvvəlki kimi sevə bilməyəcəyini anladığı zaman,artıq bir daha yatağının o biri tərəfinin isinməyəcəyini anladığı zaman,gözləri ilə onun gözlərinə yox ,başqasının sevgisini qəbul etmiş yad gözlərə baxacağını anladığı zaman qəbullanmışdı xəyanəti.Bəzən susmuş,bəzən isə isyan etmişdi amma öz içində.Əvvəl baxdığı gözlərə baxıb sadəcə səssizcə hayqırmışdı.Amma deyə bilməmişdi əzab çəkdiyini,deyə bilməmişdi xəyanət edildiyini.Gözlər görəsən anlarmıydı? Qarşıdakı gözlərin fəryad etdiyini duyarmıydı?Qadın heç nə bilmirdi.Bəzən mətbəxdə oturub divarlara baxırdı,bəzənsə də pəncərədən uzanan yollara.Onlarla bölüşürdü içində olan bunca xəyanəti.Hər gecə sevgi dolu gözlərlə gözləyərkən qarşılaşdığı mənzərə onun gözlərindəki sevgini nifrətə çevirirdi.Ah çəkirdi sadəcə,dərin bir ah.Bütün dağları,ağacları,səmaları yıxıb,alt-üst edə biləcək bir ah.Hər bir gücə tab gətirə biləcək amma xəyanəti üstələyə bilməyəcək bir ahla dolu idi qadın.Susurdu.Susduqca ölürdü.Susduqca dənizin dibindəki yosunlara baş vurudu.Boğulurdu.Yalan dolu gözlərdə boğulurdu.Əlini çıxardırdı amma onun əlini heç kim görmürdü.O sadəcə öz gücünə dənizdən çıxa bilərdi.Onu nə nakam sevgisi,nə də xəyanətlə dolu ürək qurtara bilərdi.

            Günlər keçirdi,saatlar,dəqiqələr dövran edirdi amma qadın yenə pəncərədən baxırdı.Yenə ağlayırdı,susurdu,içində fəryadını davam etdirirdi.Gözlərini yenə ovuşdururdu.Saçlarını yenə daramırdı.Dırnağına dırnaq boyası qoymurdu,dodaqlarına dodaq boyası çəkmir,əllərini kremləmirdi.Lazımsız sayırdı.Yorulmuşdu.Hər gecə ağlamaqdan yorulmuş gözlərinə sürmə çəkməyin bir mənası olmadığını anlamışdı.Sığal çəkilməyən bir saçı daramaq,öpülməyən bir dodağı boyamaq,tutulmayan bir əli kremləmək,baxılmayan,toxunulmayan bir bədənə qayğı göstərmək və nəhayət sevilməyən bir ürəyi yalan sözlərlə doldurmaq onun üçün mənasız idi...O sevirdi...Amma sevilmirdi...O bilirdi amma inanmaq istəmirdi.O hər şeyi görürdü amma görməzikdən gəlirdi.O anlayırdı amma bəzən anlamaq istəmirdi.Çünki bilmək,görmək,anlamaq çox acı verirdi.Həqiqəti görmək incidirdi onu.Yorulmuş qadın yorulmamış olmaq istəyirdi.Sevmiş qadın sevməmiş olmaq istəyirdi.O bəlkə də ölmək istəyirdi...Amma yenə də sevirdi ...


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+10=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0206 saniye