Biraz qarışıq.
cəmilə tərəfindən "Hekayə" bolməsinə 10:52 21 may 2014 tarixində əlavə olunmuşdur

Bir bina ayırır məni səmadan.Bir həyat axıb gedərkən dört divar arasında qalıram.Və universitet deyirlər buraya.Qəlbi bir başqa yerdə çırpınan bir qrup gənc.Gələcəklərinin gəlməyəcəklərini düşünürlər.Boşluqlarını səhv şeylərlə doldururlar.İnsan bir cümlə kimidir.Nöqtə sonumuzdur.Biri gələr və cümlə uzandıqca uzanar.Ya da üç nöqtə düşər cümlənin sonuna.Həmişə bir tərəf yarımdır.

Cümlə kimidir həyat.Bəzən tək bir andan ibarətir.Bəzən biri gəlir tam mərkəzə yerləşər.Onu çıxarsan cümlənin mənası qalmazmış kimi gələr.O gedər.Cümlə eyni cümlədir amma hiss etdirdikləri başqadır tamamilə.Oturmuşam pəncərə qarşısındaHər gələn bir parçamı aldı.İndi böük bir boşluq yaşayıram.Lənət olsun.Nə etsəm bilirəm amma məcburam burda oturmağa.Vurur boynuma.Əllərimdən tutur,gəl mənə qoşul deyirmişcəsinə.Qalx burdan,qalx da günəşə gülümsə deyirmişcəsinə.Mənzərə xoş biraz ama , biraz cansıxıcı.Bakını sevməz çoxları.Kimilərindən xəyallarını,kimilərindən sevdiklərini.Niyə günahkardır axı?!İnsanlar bir zamanlar xoşbəxt olub onun qoynunda.Bakı onları qucaqlayıb.Öz övladı kimi.Elə insanlardır onu dəyişdirənlər də.Bir musiqi əksikdir qulağımda.Bir də anamın laylası.Təbiət anada yoxdur ki ...Binaları tikiblər.Tam qəlbinə.Heç kəs başa düşmək istəmir ki bu şəhəri.O da bi anadır.O da yaralıdır.Ağzı, dili yoxdur ki..Bir daha dönürəm üzr istəyərcəsinə.Susuram və gülümsəyirik.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+6=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0291 saniye