Biri sevgi mi dedi ?
Alçin Doqquz tərəfindən "Digər yazılar" bolməsinə 22:14 19 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Uzundu deyib keçmə ə sənə görə yazmışam.

Sevgi.

Sevgi sözü adi bir insanın izah edə bilməyəcəyi dərəcə geniş bir mənadadır əslində. Necə də sadə deyilir. Titrəmədən , qorxmadan , utanmadan , əziyyət çəkmədən. Sevgi. Bu böyük mənanı belə bir çox yerlərə bölürük. Vətənə olan sevgi , anaya olan sevgi , ailəyə olan sevgi , əks cinsə olan sevgi , futbol klubuna , əşyaya , hansısa məşhura olan sevgi və .s Bu kateqoriyanı o qədər böyüdə bilərdim ki siz elə bu cümlədən yazını oxumagı atardınız. Amma nəyə lazım ? onsuz insan ömrü heç toplam 4-5 sevgini anlamaga yetmir. Məncə sevgi sözüylə bərabər "ehtiyacları ödəmək üçün " deyə bir termin yaradılmalıdı. Bu termin sayəsində sevgi olmayan şeylərə sevgi deməkdən əl çəkərik bəlkə. Götürək uşaqlıqdan. Bir uşaq normal ailədə böyüyür. Ona öyrədirlər anaya , ailəyə hörməti , sevgini. Uşaq bunu dərk edir. Çünki o görür ki dogurdanda ailədə bəhs etdikləri sevgi həqiqətdir və onlar qarşılıqsız sevirlər. Amma yarımçıq qalan bir şey var. Bəs ailədən kənardakılar ? sənlə qan baglılıgı olmayan insanlar ? yerlər ? əşyalar ? Məktəbə gedir uşaq və vətənə sevgi öyrədilir. Bu sevgini anlamaq hər adama uygun deyil. Əslində bu da lazımsız bir şeydi. Çünki bir növ özünü sərhədləyirsən. Nolsun burda dogulmusan ? tutaq ki sperma olanda süni mayalanma ilə gedib çıxdın İspaniyaya. Noldu indi cəmi 1 hərəkətlə vətən dəyişdirdin ? Dəqiqələr öncə başqa yerə vətən deyib can verməliydin indi başqa yerə ? Çox gülünc deyil bu ? Düzdü hər insan öz vətənini qorumalıdı. Amma niyə ? Çünki digərləri oranı ala bilər. Deməli problem səndə yox vətəndə yox başqalarındadı ? Niyə insanlar özlərini sərhədləyir ? Çünki səni oynadırlar. Necə ki valideynlərini , valdeyinlərindən əvvəlkiləri və ondanda əvvəlkiləri oynadıblar. Heç kim şübhələnməyərək bunu bir-birinə ötürür. Nəysə mövzudan çox yayınmayım. Elə məktəbdən kiçik sevgilər başlayır. Uşaq düşüncəsiylə olan şeylər , xoşuna gələn balaca şirin qızlar. Verilən məktublar , başqa oglanın ona yaxınlaşanda əsəbləşmələr və .s Əslində biraz keçmişə getdim diyəsən indi artıq facebook və vatsapp alınmaqla kifayət edilir. Bunlar ən səmimi və saf sevgilərdi. Böyüdükcə çirkinləşməyə gələk indi. Təbii ki söhbəti öz ölkəmizdən açıram. Keçmişdə hər nə qədər fərqli olsada indiki günümüzdəki sevgiyə baxaq.

Xoşun gəldi + Tut + Sevgili ol + İstədiyini al + Burax.

Düsturumuza baxaq. Bərabərlik yoxdu. Çünki bu mənasız düstur heçnəyə gətirmir. İnsanın özünə uduzmagıdır. Belə bir şey deyim , bir oglan qızı görəndə onunla ilk nə etmək istəyər ? təbii ki seks. Niyə başınızı yelliyirsiniz ki ? Guya elə düşünmədiniz ? Bəs niyə seks ? Çünki uşaqlıqdan ətrafınızda olanlar sizə bunu təbliğ edib. Sizdən böyüklər həmişə sizə nədən bəhs edib ? "Bugün babat bazdığ elədim " , " Oy blə qonşunun qızı bilsən nə bomba şeydi ? " , "Ala seks var telefonunda ? " Həm də siz normal olaraq təbii ehtiyac ödəmələsiniz. Nə vaxta qədər 31 çəkəcəyik axı ?! Amma həyata başlar başlamaz niyə sevgililərinizi bu olaraq görürsünüz ? Yaxşı deyək ki qızın öz meyli var onlarla işinizi bitirdiniz. Bəs yaxşı digərləri ? sizi dogurdan sevənlər ? onlarla oynamaq ? sadəcə o bədən tələb edən sevgini doyurmaq üçün sevgili olursunuz ya kiməsə" sevgilim var " havasını atmaq üçün ? Heç biri. Bəs nə ? Heç özünüzdə bilmirsiniz. Hər kəs sevgili oldugu qızı ciddi sevməyi düşünüb heç ? Düşünün bir , 2-3 dəqiqə düşünün mən gözləyərəm.

Düşündünüz ? Nəyi pisdi axı ? Qız pis qızdı ? yaxşı deyək ki bəzi qızlar dogurdanda pis qızdı , ama bəzilərində elə biz pis edirik. Məsələn oglan qızdan ayrılır. Oglan bunu həzm edə bilmir. Çünki qızı sevir və istəmir başqasıyla xoşbəxt olsun , mənim deyilsə heç kimin deyil məntiqinə söykənərək qız haqqında pis şeylər deyir. Belə-belə hərə öz ayrıldııg haqqında nəsə deyəndə hamı bir birinə inanıb ortada təmiz qız görmür. Nəticə hər kəs ancaq seks üçün sevgili olur. Bəs düşünmürsüz ki sonda evlənəcəyiz qız da əvvəl kimləsə yatmış ola bilər ? Bəlkə elə sizə kimi 3-4 dəfə 200 manat verib tikdirib lazımı yerləri. Nə eləyirsinizsə qarşınıza mütləq çıxacaqdır. Təbii ki demirəm ilk qız görən kimi evlənin. Dəxli yoxdur. Onsuz lazımı insana kimi fərqli sevgililəriniz ola bilər. Çünki insan ilkiylə heç vaxt doymur. O qədər qız var niyə axı o birlərin dadmamış ilkiylə evlənim !!! Əslində hər kəs lazımı qızı tapana qədər digər qızlarla səhvlər edir. Səhvlər edir ki lazımı qızı tapanda həmin səhvləri etməsin. Amma həm də lazımı qız da nə vaxtsa başqa oglanın səhv etdiyi olsa bəs ? Yazıdqlarımın düşünmə gücünüzü agırlaşdırdıqlarını bilirəm. Hər kəs indi bunları düşünə bilməyəcək. Bunu da burda baglayıram.

Harda qalmışdım. Hə cavanlıq sevgiləri başlayır. Bəzən həftələr bəzən aylar çəkir ama sonu bitir. Sözsüz ki insan düşməni belə olsa bu qədər müddətdə danışıb , bir yerdə olsa düşməninə belə baglanar. Ayrılıqlarda kimdi bəs əzab çəkən ? Heç kim. Sadəcə əsl sevənlər , onlarda ki yoxdur. Bir ilişkidə istifadə edən tərəf ayrılanda sadəcə xoşbəxt ola bilər. İstədiyini alıb , vəziyyət zordu , dostlara danışmaga hekayədə var. Digər tərəf niyə əzab çəkir bəs ? Çünki qüruruna , eqosuna sıgdıra bilmir ki bu məni necə tərk etdi , necə istifadə elədi ? Görürsüz ? sevgim bitti deyə əzab çəkmir. Eqom düşdü deyə əzab çəkir. Əsl sevənlər bəs bilirsiz kimlərdi ? Xəyanəti belə bagışlayanlar. Edə bilərsiniz ? Sizə xəyanət etmiş sevgilinizi bagışlayarsınız ? Təbii ki xeyr. Üzünə tüpürərsiniz. İlk dəfədən qapını göstərərsiniz. Ama əsl sevgi belə bunu bagışlayar. İnanmırsınız bunun əsl sevgi olduguna ? Götürək valideynlərinizi. Narkaman olun , pis biri olun , ogurluq edin , cinayət törədin , ananız sizi yenə də sevəcək. Və ya qızlar ,fahişə biri olsun , ya çox cındırlıq etsin , anası onu yenə sevəcək. Çünki bu əsl sevgidi. Qarşılıq , yaxşılıq gözləmədən. Onu öz pislikləriylə sevmək. Çünki o pislikləri də özü dogub. Və dostum çox az az insan dünyada əks cinsə qarşı bu cür əsl sevgi göstərə bilir.

İndi keçək artıq olgunluq sevgisinə. Sevgi deməzdim buna. Çünki o yaş artıq evlənmə yaşıdır. Və çox görmüşük ki ilk istəyənlə evlənir. Tanıdı tanımadı , qohumluq , tanışlıq yoluyla. Və elə gülməli görünürlər ki. Təsəvvür edin bir oglan 19 yaşında bir qızı atır çünki qız əvvəlki sevgilisylə öpüşüb və ya qızdan adi dava edib ayrılır. Sonra heç tanımadııg biriylə evlənir. Və həmin qız keçmişdə neçə nəfərlə yatıb. Voov əsl həyat. Halbuki ay zalım o vaxt sevdiyin qıza dəyərini eqondan çox göstərsəydin düzəməlli biriylə olardın day fahişəylə yox !

Hə bu adi davadan ayrılanları demirəm heç. Hər görəndə gülmək istəyirəm. Gülə də bilmirəm. Ay nankorlar, sosial şəbəkəsinin parolu üstündə ayrılıq olar ? ya da filankəs sənə niyə salam yazdı deyə ? Niyə əgər sevirsinizsə bunun qədrini bilmədən yaşayırsınız ? lap dalaşın e , dava ilişkinin dadı-duzudu ama ayrılıq , sonra guya heç vecinə olmamazlıq , bunları istəyərək etmirsiniz axı. Sonra da gedib heç tanımadıgınız biriylə evlənirsiniz.

Nəymiş sevgi evlilikdən sonra yaranırmış. Sən ona evdə qalmamaq üçün məcbur evləndim demirsən də bunu deyirsən ? Hə dostum bu ölkədə sevgini çox az adam anlar , onlar da səhv anlar. Məndən soruşsalar ki bu ölkədə sevgi nədir bunu deyərdim :

- Sevginin nə oldugunu bilmək istəyirsənsə , Bakının mərkəzindəki heykəldən soruş. O bilir kimin neçə fərqli insanla buradan qol qola keçdiyini.

 

 


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0269 saniye