Bizə qəm yaraşır
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:54 26 may 2023 tarixində əlavə olunmuşdur

Bizə qəm yaraşır, bax budur işin

Yüz dəfə sevinci soyub geyinmə

Bir dəfə üzünə tüpür keçmişin,

Yüz dəfə ardınca söyüb deyinmə

 

Sənin son rifahın yaşadığın an,

Əsarətdəsənsə, 'öz'ün yaşamır

Nə nifrət, nə sevgi, nə də ki vicdan

Səninlə ölümdən uzun yaşamır

 

Bu acı dəhşətə sadiqsən deyə

Səni çox yıxacaq, sürüyəcəklər,

Necə ki sarınır kəfən ölüyə,

Heçliyi mənaya bürüyəcəklər

 

Milyardlar özünə unutduracaq,

Kütləyə başqa cür gəlir bu boşluq

Fərqi can atılan son dayanacaq,

Onlar keyf axtarır, sən sərxoşluq

 

Onlar hər şəninə tərif deyəndə

Sən qəm şərabından qurtum alırsan,

Onlar əyləncənin hərisliyində,

Sən isə özündən qurtulmalısan

 

Bizə qəm yaraşır, sevinc haramdır,

Bizdə ilk bahar da son bahar kimi

Yalnızca sevgiyə gümanım vardı,

O da çox gecikdi intihar kimi


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0206 saniye