Bölüm 3. Marşal Skot kimdir?
Uraqan tərəfindən "Audio kitab" bolməsinə 19:48 08 iyun 2020 tarixində əlavə olunmuşdur

– Oyan! – Gecənin bir vaxtı Cefri asta səslə Karteri oyatdı – Gedirik!

– Oyan! – Gecənin bir vaxtı Cefri asta səslə Karteri oyatdı – Gedirik!

Henri Karter heç nə demədən gözlərini açdı və cəld ayağa qalxdı. Nəzarətçi Karterlə birlikdə qəfəsdən çıxdı. Sehrbaz hələ də yuxudan ayılmamışdı. Nəinki Sehrbaz, hətta digər məhbuslardan da heç birinin ruhu belə inciməmişdi. Nəzarətçi Karteri dayandırıb onun gözlərini bağladı və yeriməyə davam etdilər. Gözlərini açdığı zaman Həbsxana müdirini qarşısında gördü.

 Gözlərini açdığı zaman Həbsxana müdirini qarşısında gördü        

Müdir bic-bic gülürdü. Deyəsən işləri yağ kimi gedirdi. İşlərin bu cür olması onun çox xoşuna gəlmişdi.

Dərindən nəfəsini dərdi və sözə başladı:

– Hər şey əla gedir. Bugünkü etdiyin şey səni digər məhbusların gözündə çox qaldırdı. Onlar da bu cür hərəkəti çox gözəl qarşıladılar. Bizə də bu lazımdır. Onlar sənə inansın. Sənin kim olduğunu heç kim başa düşməsin – müdir sözünə davam edərək sual verdi:

– Sən qiyamla bağlı nə öyrəndin?

– Heç nə. Qiyamla bağlı mənə heç kim heç nə deməyib, – Karter dilləndi.

– Hələ yenisən. Heç bir şey deməməkləri normaldı? Marşal Skotla aran necədir? Eşitdiyimə görə sən bu gün onun yanından heç yerə ayrılmamısan.

– Marşal Skot kimdir? – Karter yuxulu olduğundan anlamadı.

– Sən hələ Sehrbazın əsl adını bilmirsən? Ola bilsin, bunu sənə deməyib. Ondan öz haqqında danışmasını xahiş elə. Bacardıqca ağzından söz almağa çalış. Müdir qapıya tərəf yaxınlaşdı və son dəfə bu sözləri dedi:

– Vaxt getdikcə daralır. Burada nə oyunlar getdiyini anlamalıyam.

Bununla da onların uzun olmayan söhbətləri sona yetdi. Nəzarətçi yenidən onun gözlərini bağlayaraq onu öz qəfəsinə göndərdi. Karter heç nə demədən sakitcə yatağına uzandı və yuxuya getdi. Səhər açılanda Marşal Skotun, yəni Sehrbazın əlində kitab oxuduğunu gördü. Ayağa qalxıb qəfəsdəki əl - üzyuyana tərəf yaxınlaşaraq əlini yuyub üzünə su çilədi. Heç nə demədən yerinə oturdu və Sehrbaza baxmağa başladı.

– Sən nəyə görə buradasan? Öz hekayəni hələ danışmamısan.

– Əgər doğurdan mənim hekayəm sənə maraqlıdırsa onu sənə danışa bilərəm, – Bunu deyib Sehrbaz öz hekayəsini danışmağa başladı:   

– Əgər doğurdan mənim hekayəm sənə maraqlıdırsa onu sənə danışa bilərəm, – Bunu deyib Sehrbaz öz hekayəsini danışmağa başladı:           

 

"Mən uşaqlıqdan sehrləri və sehrbazlığı çox xoşlayırdım. Nağıllar, qədim miflər və fantaziya janrında olan kitablardan çox xoşum gəlirdi. Hər dəfə onlara baxanda özümü onların bir parçası kimi görürdüm və o duyğuları yaşayırdım. Sözün açığı uşaqlıqdan çox kasıb ailədə doğulmuşam.  

Həmişə istəmişəm ki, hansısa bir sehrlə ailəmin qarnını doydurub onları

zəngin edə bilim. Kasıb insanlar çox zaman öz xəyallarının onları zənginləşdirəcəyini düşünərlər. Mən isə çox tez başa düşmüşdüm ki, xəyallarımızı zənginləşdirə bilməyimiz üçün onları məqsədə çevirməliyik. O andan sonra başladım öz xəyallarımla yaşamağa, onlara xırda məqsədlər qatmağa. Çünki xırda addımlar bizi böyük böyük hədəflərimizə doğru aparır. Amma hamı kimi olmaq istəmirdim və hamı kimi deyildim. Ona görə də digər Sehrbazların saxta foksları kimi insanları aldatmayacaqdım.

Məktəbi bitirdikdən sonra bir müddət nə edəcəyimlə bağlı düşündüm. Geyim dükanlarına gedib sehrbaz paltarı və papağı axtardım. Qısa bir müddət sonra sehrbaz paltarında gəzirdim. Xeyr o paltarı mən almamışdım. Dükançıyla razılaşdığım mərcdə qalib gəlmişdim. Mərcə görə o sehrbaz paltarı yoxa çıxmalıydı. Yoxa çıxdı da. Amma o sehrbaz paltarıyla birlikdə mən də yoxa çıxmışdım. Bəxtimdən dükanın pəncərəsi açıq idi. Beləcə mən sehrbaz paltarını da geyinmiş halda qaçmağa başladım. Bu mənim ilk sanballı foksum idi.

Günlərin bir günü gecə klublarından birində pivə içərkən bir nəfərlə tanış oldum. Geyindiyim Sehrbaz paltarında görüb mənimlə məzələnməyə başlamışdı. Ancaq onu inandırmağa çalışdım ki, mən əsl foksyoram, mən digərləri kimi deyildim. Mənə inana bilməsi üçün orta barmağını göstərərək dedi:

– Bunu yox edə bilərsənmi?

İçkili olduğundan bunu etməyim heç də çətin deyildi. Pivə başlığını açan aləti götürüb onun barmağını yerindən qopartdım. Qanı hər yerə fışqırırdı. Orta barmağı isə mənim əlimdə qalmışdı. Bu barmaqla nə edəcəkdim?! Özümü itirmədim. Cəld barmağını götürüb yerinə taxdım. Amma deyəsən barmağında problem vardı. Barmağı əvvəlki kimi yapışmırdı.

Əclafın səsinə hər kəs yığışıb bizim ətrafımıza toplanmışdı. Ancaq camaatı bilmirsən? Onlardan heç biri heç nə etmədən izləyirdi. Başa düşdüm ki, bir az da keçsə bu mənim sonuncu foksum olacaq və polislər gəlib məni həbs edəcəklər. Kişinin xarab barmağını da götürüb oradan uzaqlaşdım.

Bununla belə mənim uğursuz fokslarım da olurdu. Təbii ki, uğusuz foksların sayı uğurlu olanlardan dəfələrlə olurdu. Soradan mənə başa saldılar ki, insanın uğur qazana bilməsi üçün dəfələrlə uğursuzluqları olmalıdı. Amma bu uğursuzluqların qurbanları mənə inanmayanlar olurdu. Məsəlçün, mən bir insana dedimsə sən uça bilərsən o deməli uça bilərdi. Çətini isə onu göydələnlərin damına çıxartmaq olurdu. Arxadan itələnən zaman bir neçə saniyəlik də olsa insanın uçuş edə bilməsi mümkündür.

İndi isə çox sevinirəm ki, bu həbsxanda hər kəs mənim Sehrbaz olduğuma inanır. İllər keçdikcə anlamağa başladım ki, Sehrbaz olmağımdan çox, insanların məni Sehrbaz kimi tanımaqlarına daha çox sevinirəm. Ona görə də mən bu həbsxanada özümü dünyanın ən xoşbəxt adamı kimi hiss edirəm."

Sehrbaz bütün olanları fərəh hissiylə danışmışdı. Karter isə nə deyəcəyini bilmədən yerində donub qalmışdı. Bu vaxtdan sonra gecəni onunla birlikdə necə rahat yata bilərdi. Qorxduğunu hiss elətdirmədən gülümsəyərək dedi:

– Bravo. Sən heç bir foksyorun edə bilmədiyini etmisən.

Çoxsağol, çox sağol. Başqa nə sualın var, buyur ver? 

 Başqa nə sualın var, buyur ver?         

 

Karter bir qədər düşünərək əsas sualını verdi:

– Deyilənlərə görə bu həbsxanada qiyam olacaq. Cinayətkarların arasında bu söhbət gəzişir – Bunu eşitmişdi ki, Sehrbaz yerindən sıçradı. Bunu sənə kim deyib? Bu barədə çox az adamın məlumatı var. Dünən tanımadığım iki məhbusun söhbəti əsnasında bunu eşitdim, – Karter yalandan dedi.

Sehrbaz cəld yaxınlaşıb Karterin yanında oturdu və dedi:

– Sənə bu barədə danışacam. Amma çox az adam bu barədə bilir. Hətta mən də bunu ağızlarda gəzən məlumatlarda eşitmişəm. Bura gəlib düşdüyüm 5 ildir. Amma hələ də buralarda qiyam görməmişəm. Ona görə mənə qiyam çox maraqlıdı, – Sehrbaz uşaq kimi sevinirdi.

– Bəs nəyə görə? – Karter soruşdu, – Bu qiyamın səbəbi nədir? Nəyə görə bu baş verəcək?

– Bunu bilmirəm, amma qiyamın olmasını çox istəyirəm. Bilmirəm ki, kimə qarşı olacaq. Bilmirəm ki, kim törədəcək. Tək bildiyim və istədiyim bu qiyamın nə vaxtsa baş tutacağıdır.

Bunu dedikdən sonra araya sükut çökdü. Və heç biri heç nə demədilər. Amma onlara heç kim deməmişdir ki, qiyamın başlamasına 38 saatdan da az vaxt qalır. Və hələ özləri də bilmirdi ki, bu qiyam onların bir çoxunun həyatına son qoyacaq, bir çoxunun isə buralardan uzaqlaşmasına səbəb olacaqdır.

***** 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+25=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0283 saniye