Bölüm 4. Canilərlə Tanışlıq
Uraqan tərəfindən "Audio kitab" bolməsinə 19:53 08 iyun 2020 tarixində əlavə olunmuşdur

Henri Karter və Sehrbaz söhbətlərini yekunlaşdırdıqları zaman səhər yeməyi zənginin səsi eşidildi. İkisi də digər dustaqlar kimi qapıya yaxınlaşdılar və qapının açılmasını gözlədilər.

Tezliklə nəzarətçi onların qapısını da açdı. Dustaqlar heç nə demədən keçib sıraya düzüldülər. Hər kəsi sıraya düzdükdən sonra arxa tərəfdən səs gəldi:

– Yeməkxanaya doğru addımla! – Bu səs Cefrinin səsi idi. Dustaqlardan biri bu səsin kimə aid olduğunu anlamaq üçün arxaya baxdı. Cefri arxaya dönən dustağın üstünə qışqıraraq – Dön qabağa, Elxuan!

Bununla da dustaqlar addımlamağa başladılar. Addımladıqları zaman Henri Karteri bir sual düşündürürdü. Elxuan kimdir? Cərgədə danışmağın qadağan olduğunu bildiyindən əlavə heç bir sual vermədi.

Yeməkxanaya çatdıqdan sonra Henri Karterlə Sehrbaz keçib birlikdə əyləşdilər. Onların yanında Gonbul Bob və oğru Speed əyləşmişdi.

Gonbul Bob qadın mankayı olsa da saf qəlbli biri idi. Hər şeyə tez inandığına görə onun səy olduğunu düşünənlər də vardı. Ancaq Gonbul Bob yaxşını pisdən ayıran biri idi və heç bir zaman günahsız bir qadının həyatına son verməzdi.   

           

 

Speed isə heç nəyi oğurlamaq fikrində deyildi. Sakitcə başını aşağı salıb qarşısındakı boşqabdan bir qaşıq aldı. Bununla da borşun istisi onun mədəsinə oradan da bütün bədəninə yayıldı. Karter və Sehrbaz üz-üzə əyləşmişdi. Sehrbaz sakitcə yeməyini yesə də Karter ətrafına göz gəzdirdi. Amma hələ də axtardığı adamı tapa bilməmişdi. Çünki kimi axtardığını özü də bilmirdi. Beynində olan sualı Sehrbaza verərək bu sualın cavabını ondan soruşdu:

– Elxuan kimdir?

Sehrbaz əlinə aldığı qaşığı həzin xorultuyla udaraq dodaqlarını yaladı.

– Borş çox dadlıdı, – əliylə bığını buraraq sözünə davam etdi.

– Borş çox dadlıdı, – əliylə bığını buraraq sözünə davam etdi        

 

– Xulian Qreysi. Buralarda Elxuan olaraq tanınır. Sirkdə kloun işləyirdi. Çox şıltaq və həddən artıq şit adamdır. O zarafat edəndə hər kəs durub uzaqlaşmaq istəyir. Həmçinin ikiüzlü adamdı. Yanında söz danışmaq olmur, o dəqiqə gedib çatdırır.

Henri Karter bunu eşidib Sehrbazın sözünü kəsdi:

– Kimə çatdırır? Yəni arada gəzənlərdən biridir?

– Xeyr, ilk başda Hannibala çatdırır. İkinci məsələ isə məhbuslar arasında nifaq yaradır. Söz aparıb gətirir aranı bir-birinə qatır.

Karter bunu eşitdikdən sonra qarşı tərəfdə oturan Elxuana baxdı        

Karter bunu eşitdikdən sonra qarşı tərəfdə oturan Elxuana baxdı. Elxuandan başqa, yanında 3 nəfər əyləşmişdi. Karter Elxuanın yanında oturan adamı daha öncə parkda gör-müşdü. Bu qadın manyakı Lütsifer Lüter idi.

Amma hələ də yanlarında əyləşən digər 2 nəfəri tanımırdı. Karter üzünü Sehrbaza tərəf tutaraq soruşdu:

– Bəs Elxuanla üzbəüz oturan adam kimdir?

– Vampir Cek Bronz. Elxuanın əsas rəqibi, həm də Hannibal qrupunun üzvü. Əgər onunla birlikdə eyni qrupda olmasaydılar bu gün düşmən kimi qarşılaşacaqdılar.

– Ona nəyə görə Vampir deyirlər?

– Ona nəyə görə Vampir deyirlər?

 

– Özünü vampir sayan başdanxarabın biridir. İnsanları öldürüb onların qanını içir. Çox ağıllıdır. Beləsi kimə istəsən quyu qaza bilər.

– Vampir Cek Bronzu, – Karter bir neçə saniyə düşünüb sözünə davam etdi, – Lütsifer Lüterə bənzədirəm.

– Xeyr – Sehrbaz gözlərini qırpdı, – onlar bir-birlərinə çox oxşasalar da Lütsifer öz planlarının izahını çox gözəl şəkildə verə bilir. Vampir Cek isə qətiyyən izahat vermir. Heç kimə açıqlama vermədən işini görür, iş bitdikdən sonra öz səbəblərini dilə gətirir.

Sehrbazın dediklərinə qulaq asan Karter dilləndi:

– Bu 3 nəfəri dedin. Bəs Lütsiferin yanında əyləşən adam kimdir?

– Həə o adamı özüm bilərəkdən ən axıra saxladım. Onun haqqında sənə bir az danışmışdım. O, Hannibaldır. Hannibal insanları diri-diri yeməkdən həzz alan ən təhlükəli və amansız qatillərimizdən biridir. №027-nin ən böyük düşmənidir. Dəhşətli şəkildə öldürüb yediyi qurbanlara görə hər kəs ona nifrət edir və qorxu ilə yanından keçirlər.

Karter bunları eşitdikdən sonra diqqətlə Hannibala baxdı. Hannibal öz qrupunun digər üzvləri ilə söhbət edərək stolun üstündəki yumurtanı götürüb əlində sıxmağa başladı. Bununla da onun möhkəm əlləri arasında qalan yumurta əzilərək masanın üzəridə parçalandı. Yerə tökülən yumurtalara diqətlə baxan Karter üzünü Sehrbaza tərəf tutaraq dedi:

– Hannibal, Bu hansı Hannibaldır belə? Ən vəhşilərdən olan, №027 Qatilin düşməni olan Hannibal?         

– Hannibal, Bu hansı Hannibaldır belə? Ən vəhşilərdən olan, №027 Qatilin düşməni olan Hannibal?

– Bəli, bu həmin Hannibaldır, – Sehrbaz dodaqlarını bir-birinə sıxdı, – Bu həbsxanada ondan başqa Hannibal yoxdur.

Karterin diqqətlə baxdığını görən Sehrbaz Karterdən soruşdu:

– Niyə onlara belə diqqətlə baxırsan?

– Görəsən onlar nə haqqında danışırlar. Burnuma heç də xoş olmayan iylər gəlir. Onlar nə haqdasa danışırlar.

– Onlara bu qədər diqqətlə baxma! – Sehrbazın bu sözlərini eşitdikdən sonra Karter üzünü çevirdi, ətrafa yaxşıca nəzər saldı. Sakitcə başını aşağı saldı və yeməyini yeməyə davam etdi.

Yemək fasiləsi bitdikdən sonra Karter öz qəfəslərinə geri dönəcəklərini zənn etsə də belə olmadı. Onları dünənki "«Qəfəs parkı»"na apardılar. Burada siqaret çəkməyə onlara 15 dəqiqə vaxt verilmişdi. Henri Karter siqaret çəkməsə də Sehrbaz siqaretinin dadı damağında həzin həzin öz dünyasına dalmışdı.

Siqaretlərini çəkib bitirməyə çox az bir vaxt qalmışdı. Henri Karter getmək üçün ayağa qalxdı. Saatına baxdığı zaman çox az bir vaxt qaldığını anladı. Artıq dükan sahibləri də öz dükanlarını bağlayıb geri dönməyi düşünürdülər.

Sehrbaz Siqaretini bitirib sıraya düzülməsi üçün Karterlə birlikdə addımlayarkən 5 saniyəlik Zəng səsini eşitdi. Bu səs nəinki Sehrbazın, hətta bütün məhbusların sevdiyi səs idi.

– Bu nə səsdir? – Karter sual verdi.

– Bu səs bizim sevimli səsimizdir. Hansı ki, bu səsi bütün məhbuslar çox sevir. Biz hər ay bu səsi həsrətlə gözləyirik. Bu səs maaşlarımızın səsidir.

– Yəqin ki, mənə pul verməzlər? Karter soruşdu.

– Niyə, canım? – Sehrbaz suala sualla cavab verdi.

– Necə yəni niyə, mən axı təzə gəlmişəm.

Sehrbaz güldü və sözünə davam etdi. Maaş bütün məhbuslara hər ayın başlanğıcı verilir.

Karter heç nə demədən yavaşca izdihamın arasına qoşuldu. Həmişə olduğu kimi Cefri görsəndi. Hər kəsin yığıldığına tam əmin olduqdan sonra sözə başladı:

– Yoldaş məhbuslar. Hal – Hazırda xanımlardan başqa hər kəs buradadır. Yenə də olduğu kimi hər ayın əvvəli sizin maaşlarınızı paylamağa gəlmişəm. Sizdən xahiş və tələb edirəm ki, heç kim problem yaratmasın, sakitcə öz sıranızı gözləyəsiniz.

Özünüz də bilirsiniz ki, həbsxanamızın qaydasına əsasən ən sonuncu gələn adamdan başlayırıq. Cefri bu sözləri dediyi zaman Henri Karter bütün baxışların ona tərəf çevrildiyini anladı. Həqiqətən də belə idi. Bütün məhbusların nəzərləri Karterdə idi. Cefri əlindəki siyahını oxudu:

– Beləliklə bu gün maaşı ilk alan adam! Henri Karter! – Cefri bunu dediyi zaman bütün məhbuslardan onu alqışlamasını xahiş etdi. Karter bir anlıq özünü "Oscar" mükafatını alırmış kimi düşündü. Əslində Cefri və digər nəzarətçilərin də etmək istədiyi məhz bu idi. Bəzən insanın ağır dərdlərinin ən böyük köməyi şən zarafatlardı.

Cefri sözünə davam etdi:

– Buyurun, buyurun, zəhmət olmasa yaxınlaşın.

Karter nə qədər çox sevinsə də addımladığı zaman sanki ayağına dəmir pranqalar bağlanmış kimi özünü hiss etdi. Qan dövranı gücləndiyindən bədəninə istilik gəldiyini anladı. Tribunaya qalxdı və Cefriyə tərəf yaxınlaşdı. Heç nə demədən əlini Cefriyə tərəf uzadıb öz pulunu götürdü. Əlindəki pula bir neçə saniyə xoş bir təbəssümlə baxdı. Xoş təbəssümü çox çəkmədi ki, yenidən bu həbsxanada olduğunu xatırladı. Heç nə demədən oradan uzaqlaşdı. 

 Tribunadan düşərkən məhbuslara tərəf baxan Cefri dilləndi:         

Tribunadan düşərkən məhbuslara tərəf baxan Cefri dilləndi:

– 1 Ay öncə bura göndərilən köhnə kolleqam, Bleyk Hernandez Cefri bunu dediyi zaman sanki bütün dustaqların üz cizgiləri dəyişdi. Bunu hətta Karter də hiss etməyə başlamışdı. Görəsən Bleyk Hernandezə qarşı nəyə görə belə reaksiya göstərdilər?

Kimdir Bleyk Hernandez? Karter bunları çox düşünmədi və uzaqlaşaraq skamyaların birinə əyləşdi.

Karteri hələ də Bleyk Hernandezin kimliyi maraqlandırırdı. Kaş Sehrbaz tezliklə gəlsəydi onun kim olduğunu maraqlanardı.

Tribunanın kənarına toplanmış kütləyə baxdığı zaman onların arasından çıxıb Karterə tərəf gələn Elxuanı gördü. Elxuan gülümsəyərək Karterə tərəf addımlayırdı. Daha bir qəribə hadisə isə Vampir Cekin də Elxuanın arxasınca qaçaraq gəlməsi oldu.

Karterə çatmağına 60 metr qalmış Vampir Cek qaçaraq özünü çatdırdı və Elxuanın qolundan tutaraq onu arxaya doğru dartdı. Qolunun tutulduğunu görən Elxuan cəld olaraq Vampirin yaxasından yapışdı və nəsə dedi. Karter uzaqda olduğundan onların nə danışdığını eşidə bilmirdi. Eşidə bildiyi tək şey isə Elxuanın yüksək səslə qışqırması oldu:

– Lənət şeytana, sən özünü nə hesab edirsən? – Elxuanın qışqırtısıyla bütün məhbuslar ona tərəf baxmağa başladı. Elxuan təkrar səsini aşağı saldı və bununla da onlar arasında nə danışıldığını heç kim eşidə bilmədi.

Vampir Ceklə Elxuanın mübahisəsi çox uzun çəkmədi və son dəfə olaraq çevrilib Karterə tərəf baxdılar. Elxuan məyuscasına başını geri çevirib gəldiyi yerə qayıtdı. Vampir Cek isə Karterə dostca gülümsəyib Elxuanın arxasınca geri yollandı.

Ola bilsin, Vampir Cek bu hərəkəti ilə Karteri təhlükədən xilas etmişdi.   

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0356 saniye