“Bu cür tərtibat bu günə kimi Azərbaycan kino məkanında olmayıb.” – yeni “ŞAMAN” bədii seriyalının ssenari müəllifi və quruluşçu rejissoru ELŞƏN İSMAYIL
Elşən İsmayıl tərəfindən "Məşhurlar" bolməsinə 13:46 15 iyul 2022 tarixində əlavə olunmuşdur

 “Bu cür tərtibat bu günə kimi Azərbaycan kino məkanında olmayıb.” – yeni “ŞAMAN” bədii seriyalının ssenari müəllifi və quruluşçu rejissoru ELŞƏN İSMAYIL

 

Saytımız artıq bir müddətdir çəkilişləri gedən və yaxın aylarda yayımı planlaşdırılan, maraqlı süjet xətti ilə diqqət çəkən, milli-ideoloji, tarixi, kriminal, psixoloji bədii serial “ŞAMAN”-ın Ssenari müəllifi və Quruluşçu Rejissoru ELŞƏN İSMAYIL ilə müsahibəni və filmin bu zamana qədər yayımlanmış anonslarını sizlərə təqdim edir:

 

Film haqqında düşüncələriniz?

Filmin ssenari müəllifi və quruluşçu rejissoru olaraq düşünürəm ki, ideya, məzmun və süjeti ilə bu layihə Azərbaycan kino məkanında ilk və təkdir. Çünki bu zaman qədər yayımlanmış serial və filmlər içində bu qədər dolğun və şaxəli bir kino layihəsi görməmişəm. Minillər öncədən bu yana şanlı tariximizin izləri var filmdə. Eyni zamanda kriminal, psixoloji və milli ideoloji xəttə malikdir. Bu cür tərtibat isə bu günə kimi Azərbaycan kino məkanında olmayıb. Bunu tam əminliklə deyirəm.

 

Oynadığınız rol haqqında fikirləriniz?

Hələ 2020-ci ildə yayımlanmış olan “GÜNAHKAR” filmindən tanıdığınız Qəribin istər psixoloji, istərsə də maddi-texniki olaraq gücləndiyinin və artıq dünya güclərinə qarşı böyük bir savaşa qatıldığının şahidi olacaqsınız.

 

Filmin komandası haqqında nə düşünürsünüz?

Komanda səmimi və istedadlı insanlardan təşkil olunub. Özəlliklə doğma Şirvan şəhərimin istedadlı sakinlərini cəlb etdiyim bu seriyalın uğuruna inanıram.

 

Filmdən gözləntiləriniz?

Maraqlı təpkilər, çox sayda rəy və müəyyən qədər tamaşaçı tərəfindən müzakirələrə səbəb olacağı...

 

Yaradıcılıq planlarınız?

Bir-birindən maraqlı yeni layihələr... 2021-ci ilin sentyabr ayından bu yana 9 film, 4 tamaşaya quruluş vermişəm. Bundan sonra da bu uğuru artırmağa çalışacam.

 

Həyat qayəniz?

Vətənimi, millətimi çox sevirəm. Hər zaman doğma ölkəm və şəhərim üçün nəsə etməyə çalışmışam. Bundan sonra da arzularımla insanlığı birlikdə sevməyə və bunun uğruna yaşamağa davam edəcəm.

 

Yaradıcılığa ilk gəlişiniz?

2003-cü il şair kimi, 2007-ci ildən aktyor, 2012-ci ildən teatr rejissoru, 2015-ci ildən kinorejissor, 2016-cı ildən yazar və indi artıq serial rejissoru – Tanrının izniylə...

 

İncəsənəti sevməyinizin əsas səbəbini bizə anlada bilərsiniz?

İncəsənət məni mənə zövqlü işlərlə anladan və həyatıma yön verən möhtəşəm sahədir.

 

Dünya kinosunda ən çox sevdiyiniz film.

Təbii ki, yaddaqalan bir çox filmlər var. Böyük rejissorların uğurlu filmlərini izləməyi sevirəm. Hər hansı filmi digərlərindən fərqləndirmək istəməzdim. İzlədiyim hər filmi dəyərli hesab edirəm. Çünki özündə eşqi, ruhu, Tanrını barındıran hər əsər möcüzədir mənim üçün.

 

“TƏLƏBƏ” bədii filmi:

 

 

“SƏNDƏN SONRA” bədii filmi:

 

 

“DAHİLƏR YURDU ŞUŞA” tamaşası:

 

 

“ŞAMAN” seriyalının anonsları:

 

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0316 saniye