Bu dünyanın Allahı var,danı var !
Rüstəm Sadiqli tərəfindən "Şeir" bolməsinə 11:50 09 avqust 2018 tarixində əlavə olunmuşdur

Şeytan məclisində oturan gədə.
Pulla harunlaşıb,quduran gədə
Məzlumu aldadıb, buyuran gədə
Heç düşündünmü bunun sonu var !

Pulla cilvələşib,pulla oynama 
Özündə bir qulsan qulla oynama
Bu dünya külüdür külla oynama 
Düşün hər faninin ölüm anı var !

Düşünmə bu dünya sənə qalandı
Vallah bu gördüyün hər şey yalandı
Şeytanın işvəsi canlar alandı
Bax belə dünyanın bu cür yanı var !

Rüstəm dərk eləyir bütün cahanı
Hər zərrədə anır o, yaradanı
İnsan olmaq kamil edir insanı
Bu dünyanın Allahı var,danı var !


Müəllif: Rüstəm Sadiqli


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0235 saniye