Bu il də baharım gəlib çıxmadı
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 00:19 30 aprel 2015 tarixində əlavə olunmuşdur

Yatmış bəxdim kimi, yatıb təbiət
Bu bahar ömrümə hələ gəlməyib.
Qəm-kədər üstümə elə yığışıb,
Bəlkədə boylanıb məni görməyib.

Qonşu bağçasında güllər açarkən
Mənim ürəyimdə xəzan başlayır
Mən kol dibindəki körpə bənövşə, 
Həyat sığındığım kolu daşlayır.

Dağların qarını əridən günəş, 
Nədənsə könlümə gücü çatmadı, 
Əridib ilk eşqin xatirələrin, 
Cismimdən əbədi silib atmadı.

Bu il də baharım gəlib çıxmadı, 
Bilmirəm hardadı yoluna çıxım. 
Gözləmək heç nəyi dəyişməyəcək. 
Daha gözlərimi yollardan yığım.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0212 saniye