BU JANRDA OLAN FİLMLƏRƏ DAHA ÇOX DİQQƏT AYRILMALIDIR. – “QUCAQLA MƏNİ” FİLMİNİN “AYDIN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR VAQİF İBRAHİM
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 11:49 03 aprel 2021 tarixində əlavə olunmuşdur

 

BU JANRDA OLAN FİLMLƏRƏ DAHA ÇOX DİQQƏT AYRILMALIDIR. – “QUCAQLA MƏNİ” FİLMİNİN “AYDIN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR VAQİF İBRAHİM

 

Saytımız artıq bir müddətdir çəkilişləri gedən və Aprel ayında “QAM COMPANY” kanalında yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən, ssenarisi dünya şöhrətli yazar Charles Dickens-in “BÖYÜK ÜMİDLƏR” romanının motivləri əsasında yazılan, Ssenari müəllifi və Quruluşçu Rejissoru ELŞƏN İSMAYILın “QUCAQLA MƏNİ” psixoloji dramının əsas obrazlarından “AYDIN” obrazına can verən istedadlı aktyor VAQİF İBRAHİM ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

1. Müasir Azərbaycan kinosu haqqında fikirləriniz.

Müasir Kino haqqında fikirlərim əladır. Amma təbii ki, o vaxtın kinolarının yerini vermir. Buna baxmayaraq, müasir kino da yaxşıdır, sadəcə daha çox çalışmaq lazımdır.

 

2. Bu gün dünya kinosu sizcə nə yerdədir?

Kifayət qədər keyfiyyətli layihələr var. Hər şeyin inkişafa doğru irəlilədiyini düşünürəm.

 

3. Bu film haqqındakı düşüncələriniz?

Çox maraqlı süjet xəttinə malik və Azərbaycan izləyicisi üçün fərqli bir filmdir. Maraqlı rəylər alacağımıza inanıram.

 

4. Rolunuz haqqında qısaca...

Aydın xeyirxah bir iş adamıdır. Həyatı boyu əziyyətlə qazandıqlarını güvəndiyi insana etibar etmək istəyir.

 

5. Hansı xarakterli obrazlara daha çox simpatiyanız var?

Psixoloji və dramatik obrazları çox sevirəm.

 

6. Filmdən gözlətiləriniz.

Azərbaycan və dünya izləyicisi üçün çox maraqlı bir layihə olacağına inanıram.

 

7. Azərbaycan izləyicisinə nə demək istərdiniz?

Həmişə cəmiyyətdə baş verən hadisələrdə olduğu kimi və kinoda da pisi yaxşını seçməyi bilsinlər. Bu janrda olan filmlərə daha çox diqqət ayırmalarını istərdim.

 

8. Yaradıcılıq planlarınız.

Kino sahəsində böyük uğurlar əldə etmək istəyirəm. Maraqlı xarakterik obrazlarda oynamağı arzulayıram.

 

Filmin treyleri:

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye