Ulduzlar çələng hörüb saçlarına
naz edir səmanın boz baxışına.
Gecəni aydınladan nurlu işıqlar
sönəcək az qalmış sabaha...
Günəş dağıdıb buludları
qovacaq şahlıq taxtından
Ay yox olub gedəcək
hələ sübh açılmamışdan...
Bu sabah ən gözəl olacaq
rüzgar fısıltısı, yağmur qoxusu
yayılıb ətrafı bürüyəcək.
Bu sabah ən gözəl olacaq
dəniz çığlığı, Ay siması
qayıdıb yenidən gülüşəcək...