Bülbülün nağılı (inşa)
Səbinə Məmmədzadə tərəfindən "İnşa" bolməsinə 15:45 13 aprel 2014 tarixində əlavə olunmuşdur

Elçin Əfəndiyev 1943-cü ildə Bakıda doğulmuşdur. O, hələ uşaq yaşlarından mütaliəni çox sevmiş, kitab həvəskarı olmuşdur. Ədəbiyyatımızda “yeni nəsli” təmsil edən Elçin hekayə, povest, romanları ilə oxucuların rəğbətini qazanmışdır. Onun son dövrlərdə “Ağ dəvə”, “Ölüm hökmü”, “Mahmud və Məryəm”  romanları işıq üzü görmüşdür. Elçinin ssenariləri əsasında yeddi bədii film çəkilmişdir. Onun əsərlərinin baş qəhrəmanları əsasən adi insanlardır- sürücü, çayçı, dəllək və s. O, bu insanları olduğu kimi, real formada əks etdirir.

“Bülbülün nağılı” hekayəsində isə insanın azadlıq arzusunun müqəddəsliyindən söz açılır. Əsərdə bülbül müxtəlif vəziyyətlərdə, qızıl qəfəsdə, öz yurd-yuvasında təsvir edilmişdir. O, qızıl qəfəsdə dərdli mahnılar oxuduğu halda, meşədə gözəl, cəh-cəhli nəğmələr səsləndirir. Çünki bülbül qızıl qəfəsdə xoşbəxt deyil, ona yurd-yuvası əzizdir. Bu hekayədə yeniyetmə tacir bülbülə bu sözləri deyir: “Axmaq bülbül, qızıl qəfəsdə, gülün, çiçəyin içndə bəslənirdin, oranı bəyənmədin. Bir ağac ovuğunu ondan üstün tutdun, axırda da ürəyin partladı, öldün”. Bütün bunların səbəbi bülbülün yurduna olan sevgisi idi. Düzdür, o qəzəl qəfəsdə, gülün, çiçəyin içində bəslənirdi, ancaq azad, xğşbəxt deyildi. Doğma yurdunda bir ağac ovuğunda yaşasa belə, orada xoşbəxt idi.

Bülbül azadlığa qovuşanda sevincindən ölür. Elə bu da məhz onun yurduna verdiyi dəyərlə, azadlığa qarşı olan sevgisi ilə əlaqədardır. Lakin yeniyetmə tacir onu başa düşmür və “axmaq bülbül” adlandırır. Çünki onun üçün ən dəyərli şey var-dövlətdir. Elə həyatını da buna həsr edir. Ancaq o, yaşa dolduqdan sonra hər şeyi dərk deə bilir. Səhvini başa düşür və sonda özünü “axmaq yeniyetmə” adlandırır.

Əslində yazıçının bu hekayəni yazmaqda məqsədi, var-dövlətin deyil, vətənin, doğma yur-yuvanın, ümumiyyətlə, bütün canlılar üçün dəyərli olduğunu oxucuya bildirməkdir.


... dəfə oxunub
Qiymət: 8/10(49 səs)
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0253 saniye