Dar bir yoxuşundayam şəhərin
İsti vurmuş asfaltın parıltısı
kölgəmi canlandırır üstündə...
Könül saatım yalnızlığa işləyir,
dilimdəki mahnı təkliyə mızıldanır...
Bura Bakıdır!
Burada bütün küçələr sevgiyə çıxır...
Gedirəm mənzillərə bitişik sıxılmış yollarda
Keçmişimi tapıram hər addımda
Yolumu azmaq qorxum olsa da, bilirəm,
Bura Bakıdır!
Burada bütün küçələr sevgiyə çıxır...
Cam balkonda dayanmış qızın baxışları
Xatırladır 10 il öncəsini
Gözü eşq axtarır, qəlbi sevgi
O da bilir...
Bura Bakıdır!
Burada bütün küçələr sevgiyə çıxır...
Məscidlər şəhər mərkəzində qapısı açıq
imanı bütöv misafirlərini gözlər
sevənlər cüt-cüt gələr, gedər
dualar edib, əllərini Sevgiyə açarlar
onlar üçün də...
Bura Bakıdır!
Burada bütün küçələr sevgiyə çıxır...
Aysel Abdullazadə...