Cavab
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 22:00 28 yanvar 2014 tarixində əlavə olunmuşdur

Harda olduğunu bilmirdi.Dəqiq bir şey vardı ki,bura çox qaranlıqdı və o səhər tezdən lak çəkdiyi barmaqlarını da görmürdü Əllərini soyuq daşlardan çəkmədən divar boyunca irəliləyirdi.Bəlkə hardasa bir yerdə işıq düyməsi vardı.O axtarırdı ki,birdən bu qəribə yer şam işığına büründü.Bura böyük bir masanı,masanın üstündəki üçşamlı şamdanı və də iki stulu çıxmaqla boş və o qədər də böyük olmayan bir otaq idi. Otaqda ondan başqa biri də vardı.Elə bil hardasa görmüşdü onu.Bu yarıboz kostyum,incə qalstuk,70ci illərin saç stili,bir də o incə burnu və xırdaca gözləri.Kimdi axı bu?!Bəlkə hansısa qrupun üzvü  idi.Yox!Yox!O,hardansa heç də ona uzaq olmayan bir dünyanın sakini idi.Elə qarşısındakı adam da ona baxırdı.Sonuncu şamı da  yandırıb  oturdu.Sonra da baxışlarını ona zilləyib  dedi:

-Mən belə yerlərdə çox oluram.Sənin kimilər mənimlə çox danışmaq istəyirlər.Hamınız  sözləşmiş kimi bu otaqda görüş təyin edirsiz.Heç biriniz də şamı yandıra bilmirsiz.Həmişə mən yandırıram..Gəl,otur.Narahat olma!Bir azdan hər şey qaydasına düşər.

Qız öz-özünə bu tanış yad adamın nə dediyini düşündü.Necə yəni bir azdan....Amma onun dediyini də etdi.Vampir filmlərindəkilərə oxşatdığı masanın arxasında oturdu.Tanış yad yenə danışdı:

-Adın nədir?Məni buraya niyə çağırmısan?Nə soruşasan?

-Adım???Mənim adım?!Bilmirəm(Həqiqətən adı yadından çıxmışdı)Mən səni buraya çağırmışam?!Səndən nə soruşacağam ki?!-qız ona cavab verdi.

Tanış yad dərin bir nəfəs aldı.Bu,özünə əminlikdən deyildi.Yəqin onu  tanımayıb,təəccüblə baxanlar və bir neçə dəqiqəyə onu xatırlayanlarla çox rastlaşıb.

Qız  da çox keçməmiş cənabı tanıdı:

-Siz...

-Hə,mən.Tez sualını ver.Tələsirəm.

İndi yadına düşdü.dünən  kitabı oxuyanda onu yazandan  niyə belə bir şey yazdığını soruşmaq istəmişdi.Axı  bu əsəri başa düşməmişdi və ikinci dəfə oxumalı olmuşdu..Ancaq müəllif çoxdan vəfat etmişdi.

-Bu,necə oldu?Niyə bir insanın həşərata  çevrilməsi insanlara bu qədər maraqlı gəldi?

-Sən bu ideyanın necə yaranmasın yox,insanlara niyə maraqlı gəlməsini soruşursan?-təəccüblənmiş cavab verdi

-Bu hələ cavab deyil.

-Yaxşı,cavab sənə çox maraqlıdır?Bunu sən də bilirsən.Mən öz xəyal dünyamı fəlsəfə ilə qarışdırdım.Beləcə ortaya çıxdı.Bəs səncə niyə maraqlı gəldi?

Qız gülümsədi.Onun gülümsəməsi alovun dillərinin üstündən külək kimi keçdi.Və cavab verdi:

-Yəqin insanlar hər gün öldürdükləri və iyrəndikləri bir şey olmağın çətinliyini başa düşdülər.Bir anda mövqeyinin dəyişməsi qorxusu canına düşdü.Həm...

Sözü yarımçıq qaldı.Hardansa onu narahat edən bir səs gəlirdi.Müsahibi getməyə hazırlaşırdı.Ondan hara tələsdiyini soruşmaq istədi.Səs isə getdikcə gurlaşırdı.

-Hara gedirsən?Hara tələsirsən?- qız qışqıra-qışqıra soruşdu

Səs daha da gurlaşırıdı.

Onun cavabının ancaq ilk  iki hərfini eşitdi:

-Cə...

 

Saatın zəngini susdurdu...Dərin bir nəfəs aldı.Bircə şey dəqiq idi.Yuxuda Kafka ilə söhbət etmişdi...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+23=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0468 saniye