Cəhənnəm
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:52 26 may 2023 tarixində əlavə olunmuşdur

Səndən ötrü bu şair qismətiylə barışdı

Bəs niyə sənin kimi gülə bilmirəm indi?

Bir atəş salmısan ki, nəyim vardı alışdı

Külə dönən qəlbimin hər hücrəsi sənindir

 

Yanılmışdım mən onda sanıb məhəbbətimdir

Alov imiş bu hisslər, məqsədi, məncə, yanmaq

Bilmirsən necə qızğın, həm də necə çətindir

Sən də çıxıb gedəndə burda təkcə dayanmaq

 

Sən uzaq qaç, məqsədin oda bel bağlamaqdır

Bu, adi yanmaq deyil, ölümdən də betərdir

İnsani bir sevginin son sözü ağlamaqdır

Bir az göz yaşım olsa, bu cəhənnəm sönərdi

 

Bunun nə göz yaşı var, nə də ki, mərhəməti

Yol vermir içimdəki insan özünə dönsün

Ona nə versən belə, yandıracaqdır qəti

Nə sən toxun, nə də mən, qoy öz-özünə sönsün


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0203 saniye