Cənnət Bağı
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 00:53 03 sentyabr 2018 tarixində əlavə olunmuşdur

İndi orda məni gözləyirsən, Mənsə çox uzaqlarda. Uzaq məsafələr bizi bir-birimizə daha da yaxın etdi. Düşüncələr eyni, sözlər eyni, zövqlər eyni səninlə.

Hər gecə yuxulara dalıb, səhər məni görmək arzusuyla oyandın. Yaxşı bilirsən ki, nə vaxtsa cənnət bağına geri dönərəm. Mehman olduğum bağ eyni bağdı. Mənə lazım olan o bağı gözəlləşdirən gülü görməydi.
Sirli bir sabah, çiskin yağış və sərin rüzgarla geri dönərəm. Pəncərəni açıq saxla, küləyə qarışıb yanına yaxınlaşar öpərək oyadaram. Şəfəq saçlarına yansıyar, başqa bir gözəllək verər nuruna. Gözəl olana qiymət verilməz. Qiymət verdiyimiz şeylər gözəlləşər. Dəyər verdikcə artar sevgi. Məsafələr əhəmiyyətsiz görünər. Yaxınlıqdakı insanlara çox uzaq, sənə daha yaxın görünər yollar. Külək də boş yollardan gəlir. Səsinin və saçlarının ətrini gətirir özüylə. Saçlarını sığallayar ayıldaram. Sənsə yuxulardan ayılıb uşaq kimi sevinər, boynumu qucaqlayıb, möhkəm sarılan zaman sevincdən bir damla yaş axar. Axan tək damla dünyadakı bütün mirvarilərdən daha qiymətli görünər.
Başımı dizlərin üstünə qoyub uzanarıq səninlə. Saçlarını sığalladıqca susub səni dinliyərdim. Şıltaq gülüşünlə həyatdakı ən şirin nəğməm olaydın. Şeir olub sətirlərə yansıyaydın.
Şairin də dediyi kimi, sən gözəlsən, Ay gözəl? Məncə ayın nuru ondan da gözəldir. Çünki, Cənnət Bağını gözəlləşdirən həminki Ayın Nurudur...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0234 saniye