Cənnətə gedən yol Anaya səcdə etməkdən başlayır
Rizvan Fikrətoğlu tərəfindən "İnşa" bolməsinə 22:55 25 fevral 2017 tarixində əlavə olunmuşdur

                                        ...Ana ! O adin qarsisinda bir qul tək                                                                                               Həmisə səcdədə olmaq mənə fəxarətdir.                                                                                         Onun əliylə bəla bəhrinə yuvarlansam,                                                                                             Yenə xəyal edərəm, bəzmi- istirahətdir. ... (Cəfər Cabbarlı)        

     Ana... Bu rəngarəng, ahəngdar sözə bənzər hansı söz ola bilər ki? Onun çəkdiyi əziyyəti kim çəkir ki?!      Bəşər övladı O varlığın haqqını heç bir halda qaytara bilməz. Yeganə şəxs Anadır ki, Onun borcunu ödəmək imkanında deyilik. Analarımızın qüdrət və qüvvətini, dəyərini... dərk etmək üçün Cəfər Cabbarlının "Ana" şeirini yada salmaq kifayətdir.      Göndərilən səmavi kitablarda, sözdən səhəng toxuyanların əsərlərində ANA adlı əsrarəngiz xəzinə tam fərqli çalarlarla xatırlanır.       "Cənnət anaların ayaqları altındadır" - deyib Məhəmməd Peyğəmbər. Bu cümlənin böyüklüyünü okeANA bənzətsək fikirimizi  tamamlayarıq. Bəli, sətrdən-sətrə keçirilməyən bu adın ayaqlarının altı səcdədir, qibləgahdır - Cənnətə gedən yoldur! Başqa sözlə, cənnətə gedən yol Anaya səcdə etməkdən başlayır.       Ana! Onun həzin laylası ilə uyuyur körpə. Onun kirpiklərində gizlənib günəşin şüaları. O oyananda oyanır təbiət. Onun nəfəsi ilə qızınır ev-ocaq. Ana ətrindən zövq alır çəmən. Onun təravətindən boy atır çiçək.       Anasız hansı ocaq isinər axı?! Anasız mənalı yaşamaz bir kimsə. Onsuz hansı  ev işıq saçar ki?! Məhz odur; yar, yaraşıq - Odur.      Heç bir möcüzə Ana əllərinin müəllifi olduğu əsərlərdən üstün ola bilməz.      Binayi-qədimdən Ananın ucalığı, əlçatmaz zirvə olduğu atalar sözlərində, folklar və qədim dastan nümunələrində, şeir və digər əsərlərdə... bu kimi mənəvi sərvətlərimizdə öz əksini tapıb. Heç təsadüfi deyil bizim üçün müqəddəs olan ANA  sözü VƏTƏN kəlməsi ilə yanaşı işlədilərək "ANA VƏTƏN" deyirik.       Qədim "Dədə Qorqud" dastanında Ana Tanrı zirvəsinə qaldırılaraq: "Ana haqqı Tanrı haqqı"-deyilir.       Aldığımız nəfəsə, atdığımız hər addıma, qazandığımız bütün uğurlara... görə O müqəddəs səcdəgaha borcluyuq. Bizə ülvi hissləri bəxş edən, şirin yuxulara aparan... ilk musiqimiz Ana laylası olub. Ana sevgisi qədər təmiz və o sevgi qədər zəngin sərvəti bizə yalnız O bağışlaya bilər.       Nə qədər böyüsək də, yaşımızın neçə olmasından aslı olmayaraq Anamızın gözündə heç də böyümürük, uşaq kimiyik. Övlad(lar)ının xoşbəxtliyi naminə nələr etməz ki O? Üzümüz gülsün deyə, sevinək, çətinliklərdən, ağrı-acılardan uzaq olaq deyə nələr etməyib ki O?      Ananın övlad(lar)ına bəxş etdiyi hədiyyəsi - ona bəxş etdiyi həyatdır. Bunun üçün Analar sevginin ən safına, ən üstününə layiqdir. "Bütün sevgilər unudulur, yalnız Ana sevgisindən başqa" (Asef Sas). "Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasında bir ana qədər hörmətli deyil" (Goethe).       Övlad(lar)ı üçün hər çətinliyə qatlaşan, hər "od"da canını yandıran kim ola bilər ki? - ANA. Ondan da üstün kimdir? - Yenə də Ana.       Ən sonda Hüseyn Arifin "Ana" şeirində yer alan 2 bəndi vermədən bu yazını bitirə bilmərik:                                      

                                          ...Unudub illərin yorğunluğunu,                                                                                                       Həyatda dincliyi, evdə yuxunu,                                                                                                       Sevincin azını, qəmin çoxunu,                                                                                                         Yükün ağırını seçir analar.

 
                                     Alnında zamanın açdığı qırış,                                                                                                          Başına qar tökür, qar ələyir qış.                                                                                                      Odun istisindən aralanmamış,                                                                                                          Suyun soyuğundan keçir analar. ...      

 

   Rizvan Fikrətoğlu


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+11=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0288 saniye