Cənubumun dərdi var
Cavid Hüseyn Ulusoy tərəfindən "Şeir" bolməsinə 02:38 17 aprel 2014 tarixində əlavə olunmuşdur

Araz ağlayır yenə

Dərdi düşüb yadına.

Gülüstandan bu yana

Ləkə qonub adına.

 

Savalanın başından

Yenə çəkilmir duman.

İki əsrlik dərdi,

Niyə həll etmir zaman?

 

 

Təbriz öz ürəyində,

Uşaq kimi ağlayır.

Bu günündən utanıb,

Keçmişi qucaqlayır.

 

Bir gün günəş çıxırdı

Üfüqün arxasından.

Mən eyni onun kimi

Evimin qapısından

Addım atmışdım çölə.

Fikrim aşıb-daşırdı,

Ancaq gəlmirdi dilə.

 

Həsrət yeli yanımdan,

Əsib məni boğurdu.

Bu Təbrizsiz ömrümə,

Yeni bir gün doğurdu.

 

Sahilə çıxdım o an

Dalğalar cuşa gəldi.

Yenə qəm ilə kədər,

Üstümə qoşa gəldi.

 

Gördüm Xəzərin üstün,

Qara bulud alıbdır.

Bəlkə Cənub dərdini,

O da yada salıbdır?

 

Dedim: nədir Xəzərim?

Dərdin nədir? Söylə sən!

Səndən yoxdur xəbərim

Neçə vaxtdır böyləsən?

 

Dedi: ey gənc, ver qulaq,

Mən danışım, sən də yaz!

Yenə Kürdən mənimçün,

Xəbər göndərib Araz.

 

Deyib: de ki Xəzərə,

Hövsələdən çıxmışam.

Nə vaxt gələcək bura?

Onunçün darıxmışam.

 

Dedim: gül camalına,

Araz, baxa bilmirəm.

Necə gəlim yanına?

Çay tək axa bilmirəm.

 

Bu an mənim göz yaşım,

Yanağımdan süzüldü.

Fikirlərim beynimə,

Nəzm ilə düzüldü.

 

Bu fikirlər tikanlı,

Sərhədləri aşacaq.

Arazı görmək üçün,

Xəzər bir gün daşacaq.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Cavid Hüseyn Ulusoy
Əlaqə
Tel.:
0516338535
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0297 saniye