ÇALIŞ,DANIŞ HƏR AN SÖZÜN DÜZÜNÜ....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:31 18 fevral 2015 tarixində əlavə olunmuşdur

ÇALIŞ,DANIŞ HƏR AN SÖZÜN DÜZÜNÜ....

Çalış,danış hər an sözün düzünü,
Danışarkən yayındırma gözünü.
Dost tanışdan gizlətməgil sözünü,
Üzünə de,kimə desən söhbətin.
***
Könül vermə hər tikanlı gülə sən,
Öləndə də mərdlik ilə öləsən.
Yaxşı otur,düşmə dişə-dilə sən,
El içində düşər qədir-qiymətin.
***
Söz verdinsə,gərək əməl edəsən,
Allah qoyan düz yol ilə gedəsən.
Haram nədir,halalından yeyəsən,
Düşün ,Mövlud,son gününü,axrətin.

28.09.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0529 saniye