
Bir mavi quş var ürəyimdə
 Çıxmağa can atan.
 Amma mən ondan güclüyəm, qal deyirəm ona,
 Heçkimin səni görməsinə icazə verə bilmərəm.
Bir mavi quş var ürəyimdə
 Çıxmağa can atan.
 Amma viski tökürəm üstünə
 Siqaret dumanında boğuram,
 Fahişələr, barmenlər və məmurlar
 Heç vaxt bilmirlər onun orada olduğunu.
Bir mavi quş var ürəyimdə
 Çıxmağa can atan.
 Amma mən ondan güclüyəm,
 “Yat aşağı!” deyirəm ona
 “İşlərimi korlamaqdı niyyətin?”
 “Yoxsa Avropadakı kitab satışlarımı əngəlləmək?”
Bir mavi quş var ürəyimdə
 Çıxmağa can atan.
 Amma ağıllıyam,
 Sadəcə gecələr icazə verirəm çıxmasına,
 Hamı yatdıqdan sonra.
 “Orda olduğunu bilirəm.” deyirəm ona,
 “Artıq kədərlənmə.”
Sonra yerinə qoyuran yenə
 Amma sakitcə ötər
 Tam ölməsinə də icazə vermirəm
 Və bir yerdə yatırıq
 Gizli razılığımızla.
 İnsanı ağladacaq qədər gözəldi,
 Amma mən ağlamıram.
 Bəs siz?
-Charles Bukowski