Çox qəmli bir hekayə
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 21:17 29 aprel 2014 tarixində əlavə olunmuşdur

 

Qatarda gedərkən 2 gənclə-bir oglan və bir qızla  kupe yoldaşı oldum.Söz söhbət əsnasinda qızın danışdığı cox maraqlı və ibrətamiz bir həyat dramını eşitdim...

Qonşuluğumuzda qoca və tənha bir qarı yaşayırdı.Onun əri 7-8 il bundan qabaq ölmüşdü,2 il bundan əvvəl isə qizi , qızının əri və onların  2 uşağı  avtomobil qəzasında həlak olmuşdular.

Aldığı təqaüd ona çox çətinliklə çatırdı.Bir gün evə qayıdarkən giriş qapısında əllə yazılmış bir elan gördüm:

“1 manatımı itirmişəm,kim tapıbsa , xahiş edirəm 5 ci mərtəbə, 56 cı mənzilə qaytarsın,təqaüdüm cox azdır,çörək almağa pulum güclə çatır”

Həmin mənzildə o qoca və kimsəsiz nənə yaşayırdı,Mən o mənzilə qalxdım,qapıni döydüm,qarı qapını açdı , mən ona 1 manatı uzatdim,o pulu aldı və aglamağa başladı:

“Qızım,sən artıq 7 ci adamsan ki mənim pulumu tapmısan,çox sağ ol”

Mən gülümsəyərək qapıdan çıxarkən nənə məndən o elanı cırıb tullamağımı xahiş etdi:”qızım onu mən yazmamışam, yəqin kimsə mənim pulu itirdiyim zaman hisslərimin şahidi olub...”

Qarı qapı ağzımda durub aglayırdı..

İnsanların kimsəsizlərin dərdinə ürəkdən şərik olması faktı hamımızı təsirləndirmişdi...

 


... dəfə oxunub
Qiymət: 7/10(15 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye