Cocuq dünyası
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 14:42 09 fevral 2016 tarixində əlavə olunmuşdur

Cocuqlar dünyanı

başqa cür görür,

Onlarçun bu dünya

adi dünyadır.

Çörəkdi bu dünya,

sudur bu dünya.

Atadır, anadır,

qardaş, bacıdır.

Güləndə şipşirin,

sanki bal kimi,

Ağlarsa acıdır,

budur bu dünya.

Kaş bütün insanlar

fani dünyanı

qayğısız, sadəlövh

cocuqlar kimi

bəsit və çox sadə

görə biləydi.

Cocuqlartək kaş insanlar

dünyaya sevgisin

verə biləydi.


... dəfə oxunub
Qiymət: 10/10(671 səs)
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0238 saniye