Dahi saxtakar
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 12:07 19 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Unikal vergisi sayəsində de Xori müəllifin (Mark Şaqal, Anri Matiss, Pikasso və ya Modilyani) stilini və "enerji vibrasiyası"nı dəqiq tuturdu. Tez-tez de Xori "şedevrləri"nin üstün keyfiyyəti şərh edilir. Ümumiyyətlə, o, böyük və orijinal heç nə yaratmayıb: onun kimilər şanslı və qüsursuz mütəxəssis olaraq naməlum qalırlar.

O, Budapeştdə 1905-cı ildə aristokrat ailədə dünyaya gəlib, amma bu barədə əminliklə söyləmək mümkün deyil. Həyatı boyunca özünü bir çox adla təqdim etdi: Elmir de Xori, Elmir fon Xori, Elmir Hersoq, Lui Kaasu. Dori-Buten - onlarda saxta brilliatın inanılmaz parıltısı görünür. de Xorinin bioqrafiyası tam bilinməsə də, operada son aktını aydınlaşdıran venesiyalı baron kimi təqdim olunur. 

Dahi saxtakar 7-ci onilliyə qədəm basdı, gecikmiş payızda günbatımını sakit halda izləməli idi, amma de Xorini saxta rəsm əsərləri və qrafiklərinin hazırlanması və satışı ilə bağlı təşkilati cinayət işində ittiham etdilər və həbs etdilər. Amma rəssam məhkəməni razı sala bildi ki, o, sadəcə XX əsrin böyük rəssamlarının tərcüməçisidir (interpretator), müasir incəsənətin təvazökar fanıdır, onun ehtirasından pis məqsədlərlə istifadə ediblər, amma o yalançı və anti-sosial element deyil... Və qazandı. Onu 2 aydan sonra azad etdilər.

MİLYONU NECƏ OĞURLAMALI?

Elmir de Xori gəncliyini şən Paris şəhərində keçirdib, Fernan Lejedən rəssamlıq dərsi alıb, amma ümidləri ürəkaçıcı deyildi. Yalnız bir dəfə 1926-ci ildə ona öz işlərini qalereyada sərgiləmək nəsib oldu. Lakin onları heç kim almadı. Başlanğıc rəssamı dilxor etmədi. 1932-ci ildə ailəvi səbəblərdən ötrü vətəninə - Macarıstana qayıtdı və... yerli faşist rejimi tərəfindən həbs edildi, daha sonra nasistlər tərəfindən konslagerə göndərildi. de Xori ailəsinin əmlakı ilk olaraq almanlar tərəfindən müsadirə edildi, müharibədən sonra – kommunistlər.  Amma tale Elmiri qorudu və o, geriyə - Parisə qaçmağa müvəffəq oldu. Bir daha vətəninə qayıtmayacaqdı. Bu andan etibarən onun həyatının nəfəskəsici fəsli başlayır.

Parisdə de Xori bəxtsiz həyat sürürdü: pulu yox idi deyə onun işləri heç kimə lazım deyildi. Kasıb rəssama gələcək qorxulu və qeyri-müəyyən görünürdü. Və burada tale onu bütün həyatını müəyyən edəcək olaya atdı. Necəsə Elmirin emalatxanasında dolaşan varlı ingilis qadını Pikassoya aid rəsm əsərinə 40 dollar ödədi. Daha sonra de Xori təsadüfən öyrəndi ki, onun “Pikasso”su dilerdə üç dəfə baha satılıb! Burada yarımçıq təhsilli rəssamın ağlına ideya gəldi. O, müharibədən qabaqkı kağızları ehtiyatda saxlayaraq Avropa paytaxtlarının səyahətinə çıxdı. de Xori ən bahalı otellərdə qalır, aristokrat həyat sürür, səhərlər isə bir fincan qəhvə ilə öz “şedevr”lərini çəkərək apartamentlərdə qalmaq haqqını ödəyir. Gəliri Amerikaya bilet üçün yetərli olacaqdı.

Elmir Amerikaya “dünyanı görmək” üçün getdi, amma 11 il gecikdi. Öz işlərini satmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələndi və de Xori taleyini sınaqdan keçirməkdən vaz keçdi. O, bütün gücünü “fake” istehsalatına yönəltdi, xüsusən də impressionist və postimpressionist qrafiklər başda olmaqla. Açıqlanmayan şəkildə ağıllı rəssama (özünü avropalı aristokrat Elmir de Xori kimi təqdim etmişdi) yüksək cəmiyyət ilə tanışlıq qismət oldu: neft maqnatları, sənayeçilər, bankçılar və film ulduzları. O, onlara öz “şedevrlərini” satdı.

İKİNCİ DOĞULUŞ

de Xorinin qudurğanlığı sərhəd tanımırdı. Ona hətta Nyu-Yorkda Pikassonun rəsmi təmsilçisinə dahi ispanın xeyli “fake” işlərini satmaq da nəsib oldu və bundan da yaxşıca qazandı. (Pikassonun özü isə bu vaxt Parisdə işləyirdi və “əkiz”indən heç şübhələnmədi) Sonra mistifikatorun ağlına öz işlərini Amerikanın iri muzey və qalereyalarında davam etdirmək, gündən-günə deyil, saatdan-saata böyüyən quaşlı, akvarelli və yağlı boyalı Matissin, Pikassonun, Brakın, Şaqalın, Derenin, Bonnarın, Deqanın, Düfinin, Vlaminkinin, Modilyaninin, Renuarın əsərlərini təqdim etsin. Alındı da! 2 il ərzində muzeylər və kolleksionerlər 70 “şedevr”, əlyazma və saysız-hesabsız rəsm əsərləri ilə zənginləşdilər.

1950-ci illərin sonlarında de Xori sevimli Parisə varlı adam kimi qayıtdı. Amma o, daha da varlı olmaq istəyirdi. Fransada saxtakarlıq fəaliyyətinin çətin olacağını anlayan de Xori 2 dilerlə danışığa girir, onlar sadəcə de Xori işlərini “həqiqiliyini” qəbul etməklə kifayətlənmədilər, hətta onun bəzi əsərlərini əsl müəlliflərə imzalatdırmağı da bacardılar.

Hər şey 1968-ci ildə cinayətkar sindikatda yayılan banal acgözlük aşkara çıxartdı. Qrafiklərə nisbətən əlyazmaların müqayisə olunmaz yüksək qiyməti fırıldaqçıları Şaqal və Matissanın yaradıcılığı üzərində dayandırdı. Amma tez quruyan quaş və akvereldən fərqli olaraq əlyazma illərlə davam edir və burada yalanın üstünü açmaq nisbətən asandır. Qalmaqal möhtəşəm idi! Qocaman sənətsevər qlobal miqyaslı fufloqona çevrildi. Şaqal və Modilyanidən nə qədər “fake” düzəldib, hələ də bəlli deyil. İcmanın yandırılmış olması onun günahı deyildi; əgər sırtıq “fake” tacirlərinin doymamazlığı, xüsusən də Fernan Leqro olmasaydı, əgər Şaqal təsadüf əsəri Nyu-York qaleriyaların birində vernisajda peyda olmasaydı – dünya heç vaxt dahi saxtakar Elmir de Xorini tanımayacaqdı.

MƏŞHUR OYANMAQ

Hiyləgərliyin bütün iştirakçıları barmaqlıqlar arxasına düşdülər, de Xori azad olduqdan sonra isə məşhur kimi oyandı. Onun haqqında kitab yazıldı (qəribədir ki, onun müəllifi, məşhur amerikalı jurnalist Klifford İrvinq sonralar milyarder Hovard Hyuz haqqında yazdığı saxta avtobioqrafiya səbəbilə tutuldu). Sonra de Xori və İrvinq haqqında “F for Fake” sənədli filmi çəkildi. Filmdə de Xorinin birbaşa kamera önündə “Modilyaninin rəsmini” çəkdiyi epizod var.

“Siz nə vaxtsa belə yaxşı Modilyani görübsünüz?-imitator gülür.-Əgər mən sizə söyləməsəydim ki, bu kimin işidir, özünüz tapa bilərdinizmi?”

Və de Xori Matiss və Modilyanini çəkməyə davam etdi, amma bu dəfə öz adını qeyd edirdi: baxın, mən dürüstəm!

O, 1976-ci ildə öldü. (İspaniya və Fransa hökümətləri de Xorinin ekstradisiyası məsələsində razılaşma əldə etdilər. Bunu eşidən de Xori ölümcül doza qəbul etdi) 1990-cı ildə isə de Xorinin şedevrləri xüsusi auksiona çıxarıldı. İmitasiyalar 7.000 funt gəlir gətirdi. Macar baronundan şəxsi kolleksiya toplamaq artıq sənətsevərlər arasında özünəməxsus şıqlığa çevrilmişdi.

Elmir de Xori özündən sonra yüzlərlə qrafik və rəsm səhifələri buraxdı, ABŞ, Avropa və Yaponiyada satışlarından gələn gəlir yüz milyon dolları ötdü... Şübhəsiz ki, de Xorinin açıqlanmayan şedevrləri bu gün bir çox Avropa və Amerika muzeylərinin divarlarını bəzəməkdədir.

Ölümündən əvvəl dahi mistifikator öz əsərlərindən ibarət qeyri-adi albom yaratdı, onu “Hommage a...” adlandırdı, 15 litoqrafiyanı özündə əks etdirir: Düfi, Vlamink, tipik Modilyani, çox yaxşı Pikasso, çox pis Matiss... Üstəgəl, təəccübləndirici, çaşdırıcı, möhtəşəm ustad de Xorinin 2 orijinalı. Hansı ki, deməyə heç bir söz tapılmır.

Müəllif: Svetlana Vasilyeva

Tərcümə: Nigar Şahsuvarova 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0332 saniye