Danışaq
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 10:07 28 iyul 2019 tarixində əlavə olunmuşdur

Sənə masa ayıracam bir sabah,

And verəcəm, etirazın da günah

İki sözlə qısa kəsmə sən allah

Döz, cümlələrlə danışaq

 

Oturduğun yerdə boylan masadan,

Bir kəlmə də deməm dərddən, tasadan

Söhbətimiz qısa olsun qısadan,

Söz cümlələrlə danışaq

 

Sən içimdə çılğınlığın qənimi,

Görən deyir ağıllımı, dəlimi?!

Səni görcək topuq vuran dilimi

Çöz, cümlələrlə danışaq

 

Gerçək etsə tutduğum diləyimi,

Mən günəşə söykərəm kürəyimi

Qoy alışsın, yandırsın ürəyimi

Köz, cümlələrlə danışaq

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0313 saniye