Danışdım
ceyhun fikrət tərəfindən "Şeir" bolməsinə 17:50 25 fevral 2021 tarixində əlavə olunmuşdur

Danışdım hər şeyi, danışdım sənə,
doğru həqiqəti, bilmədən güldün,
bu dünya fanidir, söylədim sənə,
bir anlıq dayanıb, dəlisən dedin.

Baxdın bu həyatın, gedişatına,
bilmədin bu həyat, müvəqqətidir,
düşündün həmişə, yaşayacaqsan,
amma bilmədin ki, həm də ölüm var.

Dünyaya aldandın, yaşadın necə,
dünyaya aldanan, elə uduzar,
düşünər bu dünya, həmişə vardır,
amma vaxt vədəsi, yetişər bir gün.

Dünyada nə etdin, hesabı vardı,
soruşacaqlar ki, nələr etmisən,
mən olmayacağam, gülüb gedəsən,
danışdıqlarımı, biləsən nağıl.



Ceyhun Fikrət
www.ceyhunfikret.wordpress.com

http://yenivaxt.com

                    

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0565 saniye