Darıxdım
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 20:24 20 iyul 2015 tarixində əlavə olunmuşdur

Həyat bizi ayrılıqla sınadı,
Keçən hər gün dərd üstə dərd qaladı,
Unutdurdu keçmişimdə nə vardı,
Təkcə sənin özün üçün darıxdım.

Sənsiz illər ötüşsə də, keçsə də,
Sənli anlar xəyala çevrilsə də.
Ürəyində kədər tüğyan etsə də,
Gülümsəyən gözün üçün darıxdım.

Bu da, yəqin, bir qismətdir yazılmış,
Taleyimə sənsiz olmaq yozulmuş,
Bir ömürlük yaddaşıma iz salmış,
Bircə kəlmə sözün üçün darıxdım.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+24=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0372 saniye