Dəbə gəldi
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 12:34 12 mart 2015 tarixində əlavə olunmuşdur

Oldu belə bir vaxt ki, bu dövran dəbə gəldi.

Dəyişdi zamanə daha hər yan dəbə gəldi.

 

Heyvanlara həsəd aparıb bəndeyi-adəm,

İnsanlığı tərk eylədi, insan dəbə gəldi.

 

Dırnaq manikür, sırğa qulaqda, saçı parik,

Geyindi zənan paltarın oğlan dəbə gəldi.

 

Qarğa yol açıb səhnəyə göz oxşadı hər gün,

Səs olmasa da, oldu lütüryan dəbə gəldi.

 

Unutduq axır keçmişi adət-ənənəni,

O gün ki, lüt əndam ilə cisman dəbə gəldi.

 

Əxlaq mədəniyyət üzərindən danışanlar,

Oynatdı belin, onbasın ekran dəbə gəldi.

 

Şəhvət əsir aldı bizi, sevgi unuduldu.

"Canan" sözü dəyişdi və "ceyran" dəbə gəldi.

 

Vicdan və də iman bizi tərk eyləyən andan,

Doğru unuduldu, yalnız yalan dəbə gəldi.

 

Din pərdəsi altında çoxu örtdü əməlin,

"Hacı", "məşədi" rütbəli ad-san dəbə gəldi.

 

Yas sahibi bəhs eylədi toy sahibi ilə

Molla oxudu-oynadı ehsan dəbə gəldi.

 

Alim görən andan daha yox elmidə fayda,

Tərk eylədi alimliyi, çoban dəbə gəldi.

 

Başsız baş olandan, başa daş düşdü, nəhayət,

Qanmaz qanana söylədi nöqsan, dəbə gəldi.

 

Suyun səsi ac mədəni sakit edir, əlbət,

Hər yanda quruldu neçə fantan, dəbə gəldi.

 

Elnur, bu həyat dərd-qəmi yazmaqla tükənməz,

Tutdun ürək ağrısını dərman dəbə gəldi.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0468 saniye