Dəfnə (Bədbəxtçiliyə sürüklənən övladlar…)
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 18:01 11 mart 2017 tarixində əlavə olunmuşdur

Dəfnə dünyaya gəlməmişdən öncə onun,taleyi haqqında qərar vermişdilər. Zavallı ana nə edəcəyini bilmədən, səbrlə övladının dünyaya gəlməsini gözləyirdi.Qızının taleyindən nigaran olan qadın,sonralar övlad həsrəti ilə yanacağını yaxşı bilirdi.Onların bir-birindən ayrı olmağının yeganə günahkarı atasını qəbul etdiyi səhv qərar idi.Bəli bəzən hər şeyin günahkarı məhz bizlər üçün əziz olan insanların yanlış qərarları olur. Həyatda hər bir addım gözləməklə başlayar.Ana  səbirsizliklə doqquz ay balasını bətnində gözləyər,gedənlərin yollarına gözlərini dikmiş insanlar hər gün,hər saniyəni səbrlə,təşviş içində və bəzən ümid dolu gözlərlə gözləyər.Səbr hər bir  bağlı qapının açarıdır.Bəli bizlərə verilən ən gözəl pay səbrdir.Həyatdan bezəndə,yorulanda,tək açarımız olan səbri əllərimizdə bərk-bərk saxlayarıq.Dualar edərik,hər bir hadisənin yaxşı sonluqla bitəcəyini düşünərək.Yaşanan pis günlərin bir mükafatı var əlbəttə.Çünki, səbri verən Allah onun mükafatınıda verir.Qarşılığı hər nə olursa olsun.Dəfnə yaşadığı çətin günlərdə heç bir zaman ümidi kəsməmişdi.O, bilirdiki, sabah üçün doğan günəş bir gün öz parlaq şüasından Dəfnə üçündə pay göndərəcək.Həm yaşıdları kimi sevecək, sevinəcək.Anasız keçirdiyi ağrılı günləri sona yetəcək.

    Günəş zərif və bir o qədər isti olmayan şüalarını torpağın üzərinə bərabər paylayırdı.Hələ yenicə əriməyə başlayan qar dənələri artıq torpağa qarışmağa başlayır.Hər tərəfdə günəşin iliq nəfəsi duyulurdu.Pəncərənin şüşəsini  nəfəsi ilə isidən Dəfnə bir kənarda əyləşib anasının yolu gözləyirdi. Hər şey bitdi deyə fikirləşirdi.Bu günə qədər çəkdiyi əzablar,ayrılıqlar sona çatdı.Doğan günəşin hər bir şəfəqi bundan sonra Dəfnənin yaralı qəlbinə məlhəm olacaqdı. Həyatı dahada rənga-rəng edəcək,üşüyən əllərini isidəcəkdi. Yaşadıqları çoxda uzaqda deyildi.Nələr yaşadığını düşünürdü,istəmədən atdığı addımları götür qoy  edirdi. Peşimançılıq,kədər, nifrət hissi onu tərk etmirdi.

    Dəfnə hələ körpə ikən anasından zorla alınıb,taleyin ümidinə tərk edilmişdir. Minlərlə valideyni olan körpələr kimi anasız böyüməyə məhkum olmuşdu. Tək günahı qız övladı olmaqdı.Bəzən özlərini müdrik sayan insanlar,əslində insanlığa layiqi olmayanlardı.Məhz elə bu cür insanlara görə istəmədən başqa taleləri yaşamağa məhkum oluruq.İstəmədən kimlərinsə,səhv qərarı və yaxud kimlərəsə həyatda özünü müdrik kimi qələmə vermək üçün bilə-bilə atdığı səhv addımların bəlasını,çarəsizliyə düçar olan məsum insanlar çəkər.Atanın atdığı səhv addım övladın bütün həyatını əlindən alınmasına səbəb oldu.Anasının kim olduğunu bilmədən böyüyən Dəfnə, zaman keçdikcə dahada qaranlığa düçar olmuşdur. Kimsəsiz olan qızcığaz hər kəs tərəfində acılanır, danlanırdı.Həm yaşıdları onunla kobud rəftar edirdi.Böyüdükcə çiyinlərindəki yük dahada ağırlaşırdı.Ətrafındakı insanların kobud rəftarları Dəfnəni insanlardan qorxmağa və ünsiyyət qurmağında çətinliklər yaradırdı. Dəfnə yaxşı bilirdiki,həyat ona gülməyən bir bəxtə ağlamamağı öyrətmişdir.Çalışıb didindiyi bir parça çörək üçün kimlərə əl açdığını,xəyal kimi gözünün önünə gəlirdi.axtarışlar və axtarışları səbrlə gözlədiyi günlər,qayğılar,yorğunluq,artıq onun saçlarının hər bir telinə yansımışdı.Hər ikisidə əzab çəkmişdir.Ananın qızı üçün yaşadığı izdirablı illəri,ağrılı günləri heç bir kəlmə izah edə bilməz.Qızından ayrı keçdiyi hər an, hər saniyə anaya cəhənnəm əzabı verirdi.Dəfnənin yaşadığı illər qədər ananın hər saniyəsi kədər içində idi.Qız övladı dünyaya gətirdiyinə görə hər kəs onu lənətləyirdi.Sanki pis bir əmələ sahib idi. Qızcığazın dünyaya gəlişindən sonra ananında ailəsi dağıldı.Ata evinə göndərilən qadın buradad rahatlıq tapmırdı.Dəfələrlə qızı axtarsada,onu tapmağa nail olmamışdır.Ata ,qardaş yanında qalan qadın çarəsizlik içində günlərini sayırdı.Balasının qoxusuna düz 25 il həsrət yaşadı. Bu illər ərzində Dəfnə həyatın hər bir üzünü görmüşdür.Ac-susuz küçələrdə yaşayar,gecələr bina girişlərində gecələyərdi.Uzun illər keçdi.Bu illər ərzində həyat hər iki qadından çox şeylər almışdır.Əvəzində isə həsrət,dərd vermişdir.Keçirdiyi çətin illərdən sonra anasını tapmağı bacarmışdı.Azacıq olsada Dəfnənin dərdinə məlhəm olmuşdur.Artıq qalan ömrünə aid olan səhəri anası ilə birlikdə açırdı.Lakin bu illər ərzində Dəfnənin səhhətində müəyyən problemlər yaranmağa başlanmışdır.Hər bir günün yaxşı olacağını düşünərkən,həyat onu başqa sınaqlara atırdı.Amansız xəstəliyə məğlub olan qadın həyata tutuna bilmədən dünyadan köçdü.Özü ilə yaşadığı çətinlikləri,izdirabları apardı. Onu bu bəlaya salan öz doğma atası idi.

Nəyə görə o, bunu yaşamalı idi? Bədbəxt övladlar yoxdu.Bədbəxtçiliyə sürüklənən övladlar var.

Günel Ağayeva


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0608 saniye