Deja Vu
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 17:20 17 fevral 2014 tarixində əlavə olunmuşdur

Bu dünyanın əsas prinsipi pul idi.. Və qalib gəlmək.
Həmişə qalib gəlmək istədilər. Həmişə bir pillə yuxarıdan aşağıdakılara tüpürmək istədilər. Əzmək istədilər palçıqlı ayaqları ilə. İstəkləri heç bitmədi bu sonsuz zamandan. Zamanı dilim dilim etdilər. Qanatdılar. Bezmədilər ortalığa bu zamanın propoqandası olan tarixi gətirdilər. Məhz tarixə düşmək üçün bəzən "şou biznes" yaratdılar. Məhz tarixin iyrənc, qanlı səhifələrində adları olsun deyə körpələri bir damla suya möhtac qoydular. Sırf adlarına park qoyulsun deyə neçə insanı kəfənsiz torpağa basdırdılar. İndi o torpaqla fəxr edən axmaqlar isə öz sələflərinin yolu ilə gedir. Yol da ki, heç mi bitməz. Periodika bu dünyanın quruluşunda var. Deja Vu ..
   Mənim izləmlərim,  gördüklərimə görə deyə bilərəm ki,nə olursa, nə baş verirsə hamısı fomasını dəyişir. Bədənlər dəyişilir. Ruh, ideya hamısı eyni qalır. Quldarlıq feodalizmə, o kapitalizmə, o sosializmə.. Və yenidən..
  Bütün quruluşların tək bir məqsədi var. Qul etmək və quldar olmaq. Sadəcə bir dövrdə bu dəyişilir olur torpaq mülkiyyətçisi, o birində banklar, faiz.. Və belə belə.. Hər şey dövr edir.
   Müharibələr də dövr edir. Bir vaxtlar Almaniya, sonra Rusiya, Amerika.. Və birazdan da İsrail.. Bunların hər biri “ağa” idilər.
  Guya ki, insanları despotdan xilas etmək üçün onları öz yaşadıqları yerdən deportasiya edirlər. Bilirəm, indi siyasi diskurslar yaman yayılıb. Amma inanın ki, bu saat siz də bu siyasətin içindəsiniz. Nə mənada?

  Belə ki,öldürülən uşaqlar, yandırılan, partladılan evlər, indi ki sizin yediyiniz və bərəkət dediyiniz içində adı bilinməyən kimyəvi maddəli zəhərlər hamısı siyasətdi. Qlobal istiləşmədən danışan “utopik” varlıqlar Yer kürəsini elə acınaqlı vəziyyətə qoyublar ki, artıq Aya qaçmaqdır  bizim çıxış yolumuz. Fikirləşin, bir insan bir il ərzində ən azı 5 dəfə qrip olur. Amma səhvdir! O qrip deyil ki, o möhtəşəm bir siyasətdir. Vertolyotlarla yer üzünə səpələnən zəhrimar.
  Yalan üzərində durur bu dünya və bu dünyanın bitməz tükənməz siyasəti. “Babalarımız” da deyirlər ki, yalan ayaq tutar, yeriməz. Gedin o babalarınıza deyin ki, texnologiya çox inkişaf edib. Yapon texnologiyasıdır artıq..
 
 
 “Pianoçu” adlı bir film var. Yəqin ki, çoxunuz baxmısınız. Mən o kinofilmə baxanda çox qəribə hisslər keçirirəm. Bu 15 yaş psixologiyasından uzaqda, o bombaların beşiyində hiss edirəm özümü. Şpilman.. Baxsanız görə bilərsiniz. O insan neçə maneələri təkbaşına aşır. Düzdür, hərdən kömək dəyir müəyyən yerlərdən. Lakin Şpilman əllərini də, özünü də sağ çıxara bilir ordan. Sözümün məğzi odur ki, bu film İkinci Dünya Müharibəsini göstərən bir güzgüdür. Mən sadəcə o güzgüyə baxıb bu dünyanın keçmişini də, gələcəyini də gördüm.

Yox, qardaş, mən artıq çözüm, çarə var deməyəcəm. Məndən əvvəl də gəldilər bu dünyanı xilas etməyə. Onda da ki, həmin şəxsə dedilər ki, “yox, hələ zamanı deyil. Biz dözərik. Sən niyə özünü zibilə salırsan ki? Bizə görə dəyər heç? Onsuz da qanmırıq.”
  Belə belə hər dövrdə belə dedilər. O cəsarətli, nadir tapılan insanlar da geri çəkilmədilər. Və...
 Son çarə.. Güllələnmə..


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
6+31=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0216 saniye